Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Məktəblilərin 2010-2011-ci dərs ilində keçirilmiş  fənn olimpiadalarının nəticələri barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 2010-2011-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzrə çıxarmaq, onların yaradıcılıq potensiallarını inkişaf etdirmək sahəsində məqsədyönlü işlər görülmüşdür.

Görkəmli alim-pedaqoqlardan ibarət respublika münsiflər heyətləri  yaradılmış,  xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada materialları hazırlanmış, hər üç turda qaliblərin müəyyənləşdirilməsində obyektivlik təmin edilmişdir.

Məktəblilərin fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunmuşdur. Olimpiadaların 1-ci rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, 2-ci rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin mart ayında keçirilmişdir.

Respublika üzrə 347.052 nəfər IX-XI sinif şagirdindən 29.322 nəfəri (8,4 %) 1-ci  turda, 11.123 nəfəri (3,2%) 2-ci turda, 1.132 nəfəri (0,3%) respublika turunda iştirak etmişdir.

Fənlər üzrə respublika turunda iştirak edənlərin və qaliblərin (mükafatçıların) sayı  aşağıdakı kimi olmuşdur:

 
Fənlər İştirakçıların sayı Qaliblərin sayı
Cəmi I II III
1. Azərbaycan dili və ədəbiyyat 233 91 (39%) 4 9 12
2. Azərbaycan tarixi 214 53 (24,8%) 3 8 11
3. Riyaziyyat 168 58 (34,5%) 4 7 12
4. Fizika 121 31 (25,6%) 4 2 8
5. Kimya 142 56 (39,4%) 7 8 11
6. Biologiya 216 85 (39,4%) 4 3 6
7. İnformatika 38 17 (44,7%) 4 3 5
Cəmi: 1132 391 (34,5%) 30 40 65
 

Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aslanlı Emil Əflan oğlu Azərbaycan dili və ədəbiyyat fənnindən IX sinif şagirdləri ilə  birgə iştirak etmiş və yüksək nəticə göstərərək  II yeri tutmuşdur.

Olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayonlarının şagirdləri daha fəal iştirak etmişlər.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Türk Özəl liseylərinin şagirdləri  daha yaxşı nəticə  göstərmişlər. 7 fənn üzrə I yer tutmuş 30 nəfərdən 11-i (37%) bu liseylərin şagirdləridir.

Nazirlik nəzdindəki Heydər Əliyev adına liseyin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa Liseyinin,  Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, "Zəngi" liseyinin,  "Elitar" gimnaziyanın, "Tərəqqi" liseyinin, 132-134 nömrəli təhsil kompleksinin, Kimya-biologiya təmayüllü liseyin şagirdləri də yekun turunda yaxşı nəticələr göstərmişlər. 

Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri Heydər Əliyev adına,  2, 8 və 12 nömrəli, Şərur rayonu şəhər 1 nömrəli,  Muğanlı  kənd,  Babək rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş olmuşdur.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri daha yaxşı nəticə göstərmişlər. Belə ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər II, 1 nəfər III, 4 nəfər IV yer)  mükafata layiq yer tutmuşdur.

Fənn olimpiadalarının yekun turunda BDU-nun "Gənc istedadlar" liseyinin,  Bakı şəhəri 26, 27, 35,  47, 83, 102, 110,  114, 142, 152, 157, 171, 237, 238, 240, 283 nömrəli tam orta məktəblərin, Bağça-məktəb-lisey kompleksinin, 287 nömrəli "Zəkalar" liseyinin, Gəncə şəhəri  Xarici dillər təmayüllü gimnaziyanın,  21 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri 12 və 34 nömrəli tam orta məktəblərin, Texniki və təbiət elmləri təmayüllü liseyin, Təbiət elmləri təmayüllü gimnaziyanın, "İstedad" liseyinin, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına liseyin, Humanitar fənlər təmayüllü gimnaziyanın, Bəhmənli kənd tam orta məktəbinin, Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli, Qədimkənd və Qırmızıkənd kənd, İsmayıllı rayonu şəhər 1 nömrəli,  Qoşakənd kənd, Kürdəmir rayonu şəhər 1 və 3 nömrəli, Qazax rayonu şəhər 3 nömrəli, Tovuz rayonu Azaplı kənd, Qusar rayonu şəhər 3 nömrəli, Sabirabad rayonu şəhər 5 nömrəli, Şabran rayonu Çölquşçu kənd, Yardımlı rayonu Bozayran kənd, Ağcabədi rayonu şəhər 3 nömrəli, Cəlilabad rayonu şəhər 3 nömrəli, Qobustan rayonu Sündü kənd,  Hacıqabul rayonu Qarasu kənd, Tərtər rayonu şəhər 3 nömrəli, Şəmkir rayonu Tatarlı kənd tam orta məktəblərinin, Xaçmaz rayonu akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin, Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin  şagirdləri də xüsusi fəallığı ilə seçilmiş, mükafata layiq yerlər tutmuşlar.

I-III yerlərin qalibləri xüsusi diplom və hədiyyələrlə, həvəsləndirici IV yeri tutanlar isə nazirliyin tərifnaməsi ilə mükafatlandırılmışlar.

Fənn olimpiadalarının təşkili və keçirilməsi sahəsində  Astara, Ağsu, Saatlı, Samux, Ağstafa, Qubadlı, Xocavənd, Ağdam,  Xocalı, Laçın, Daşkəsən, Xızı, Zəngilan, Füzuli rayonlarının, Naftalan şəhərinin şagirdləri zəif nəticələr göstərmişlər. Həmin şəhər və rayonların təhsil şöbələrinin və ümumtəhsil məktəblərinin rəhbərləri istedadlı uşaqların üzə çıxarılaraq onların fənn olimpiadalarına cəlbi sahəsində lazımi məqsədyönlü tədbirlər həyata keçirməmişlər.

Rayon (şəhər) mərhələlərində seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, Azərbaycan dili və ədəbiyyat fənnindən Şamaxı, Tərtər rayonlarının, riyaziyyat fənnindən Laçın, Zəngilan, Ağdaş, Samux, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Şamaxı, Yardımlı, Goranboy, Şəki, Oğuz, Lənkəran, Xızı, Kəlbəcər rayonlarının, fizika fənnindən Mingəçevir və Şirvan şəhərlərinin, Füzuli, Ağcabədi, Ağsu, Göygöl, Tərtər, Şamaxı, Ağdam, Ağdaş, Samux, Lerik, Şərur, Babək, Culfa rayonlarının, kimya fənnindən Lerik, Zəngilan, Gədəbəy, Samux, Biləsuvar, Masallı, Şəki rayonlarının şagirdləri respublika mərhələsində zəif (1-10 bal) nəticə göstərmişlər.

İstedadlı uşaqlarla işin təşkilinə laqeyd münasibət bəsləndiyindən Ağstafa, Beyləqan, Qobustan, Daşkəsən, Zəngilan, Kəlbəcər, Goranboy, Laçın, Füzuli, Xocavənd, Şabran, Siyəzən rayonlarından fizika, riyaziyyat və kimyadan, Neftçala və Şabran rayonlarından isə riyaziyyatdan  son illərdə  olimpiadaların yekun turunda iştirakçı şagird olmamışdır.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. "Məktəblilərin 2010-2011-ci dərs ilində fənn olimpiadalarının nəticələri haqqında" münsiflər heyəti sədrlərinin təqdim etdikləri protokollar, həmçinin olimpiada qaliblərinin Təhsil Nazirliyi tərəfindən diplomlar və tərifnamələrlə təltif olunmaları nəzərə alınsın.

2. Fənn olimpiadalarının təşkili və keçirilməsində Naxçıvan MR Təhsil Nazirliyinin, BDU-nun "Gənc istedadlar" liseyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, Sumqayıt şəhər, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayon təhsil şöbələrinin, respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətləri Azərbaycan Türk Özəl liseylərinin və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müsbət işləri qeyd edilsin.

3. Şamaxı, Lənkəran,   Ağstafa, Goranboy, Samux, Daşkəsən, Ağdam, Füzuli, Laçın,  Qubadlı,  Xocavənd,  Zəngilan rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayon (şəhər) təhsil şöbə müdirlərinin nəzərlərinə çatdırılsın.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) şagirdlərin fənn olimpiadalarına hazırlığında səmərəli fəaliyyət göstərmiş və 2011-ci ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 150 (yüz əlli), olimpiadaların keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin hər birinin 140 (yüz qırx), məsul katiblərin hər birinin 100 (yüz), üzvlərin hər birinin 70 (yetmiş) manat pul mükafatı ilə mükafatlandırılmasını təmin etsin.

5. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, bütün rayon (şəhər) təhsil şöbələri, nazirlik nəzdindəki lisey və gimnaziyaların direktorları:

5.1 Əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkar olunmasına, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsinə, olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunmalarına diqqəti  artırsınlar.

5.2 "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"na uyğun çap olunmuş "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar I kitab", "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar II kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Kimyadan olimpiada məsələləri", "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi" və digər ədəbiyyatlardan səmərəli istifadəni təmin etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

18 may 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov