Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qaraçuxur qəsəbəsində
Kəlbəcər rayonunun 23 nömrəli məktəbi üçün yeni bina istifadəyə verilib

 

Mayın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni bina istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, açılış mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Çiraqov ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü xatırlatmış, Azərbaycanın sürətli iqtisadi inkişafında, çiçəklənməsində ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişdir.

Bildirilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı sayəsində ölkəmizdə yeni təhsil ocaqlarının istifadəyə verilməsi artıq ənənəyə çevrilmişdir.

Vurğulanmışdır ki, 170 şagirdin təhsil aldığı, 30 müəllimin çalışdığı 23 nömrəli tam orta məktəbin yerləşdiyi əvvəlki bina tədris üçün uyğunlaşdırılmış kiçik otaqlardan ibarət idi. Fondun dəstəyi ilə inşa olunmuş, ən müasir tələblərə cavab verən məktəb 240 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Məktəbdə 11 sinif otağı, o cümlədən kimya, fizika və başqa fənlər üzrə kabinetlər, kompüter otağı, Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair kitablardan ibarət müasir kitabxana vardır.

Məktəbin foyesində yaradılmış stenddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolunu və zəngin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur.

Bildirilmişdir ki, müasir istilik sistemi ilə təchiz olunmuş məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılmış, asfalt salınmış və mini-futbol meydançası inşa edilmişdir.

Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev, Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov, məktəbin direktoru Mirsəyyaf Zamanov yeni məktəb binasının istifadəyə verilməsinin təhsilimizin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırmışlar.

Valideynlər Qaraçuxur qəsəbəsində bütün zəruri avadanlıqla təmin edilmiş yeni məktəbin istifadəyə verilməsini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Kəlbəcər rayonunun məcburi köçkünlərinə göstərdiyi diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilmiş, bu gözəl hədiyyəyə görə minnətdarlıqlarını bildirmişlər.

Yeni məktəb binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.

Azərbaycan Texniki Universitetinin professoru Sabir Quliyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Yusif Əhmədov şagirdlərə biologiya və riyaziyyat fənləri üzrə "açıq dərs" keçmişlər.

Sonda Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov