Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - �26

 

Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrinin müəyyənləşdirilməsi və
həmin müəssisələr üçün tədris planlarının təsdiqi haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.19-cu bəndinə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili nəzərdə tutulduğundan gələcəkdə bu işin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq və həmin prosesə münasibətdə ictimai rəyi formalaşdırmaq məqsədilə

ƏMR EDİRƏM: 

1. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili üçün Təhsil Nazirliyi nəzdindəki aşağıda göstərilən ümumi təhsil müəssisələri pilot müəssisələri kimi müəyyən olunsun:

1.1. Bakı Avropa Liseyi

1.2. Fizika-riyaziyyat və informatika təmayüllü lisey

1.3. "Elitar" gimnaziya

1.4. Akademik Zərifə Əliyeva adına məktəb

1.5. 6 nömrəli məktəb-lisey

2. Həmin müəssisələrin X sinifləri üçün müxtəlif təmayüllər üzrə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilsin (I-IX əlavələr).

3. Göstərilən pilot təhsil müəssisələrinin direktorları (Z.Veysova, T.Talıbov, S.Quliyeva, M.Vəliyeva, G.Orucova) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini və şagirdlərin meyil və maraqlarını əsas tutmaqla təmayüllü X siniflərin komplektləşdirilməsini, habelə bu siniflərdə dərs deyəcək müəllimlərin seçimini iyul ayı ərzində başa çatdırsınlar, həmin siniflərə başqa məktəblərdən müəyyən edilmiş təmayüllər üzrə istedadlı şagirdlərin müsabiqə əsasında qəbulu ilə bağlı KİV-lərdə elanlar versinlər və digər müvafiq təşkilati tədbirləri həyata keçirsinlər.

Nəzərə alsınlar ki, tədris planlarında təmayül fənlərinin saatları artırıldığından zəruri hallarda müəssisəyə əvəzçilik qaydasında səriştəli pedaqoq və mütəxəssislər qəbul oluna bilər.

4. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) təmayül fənləri üzrə tədris proqramlarının tədris planlarında nəzərdə tutulmuş saatlara uyğun işçi qrupları tərəfindən iyulun 15-dək hazırlanmasını təmin etsin.

5. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) həmin tədris proqramlarına qrif verilməsini təşkil etsin.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) pilot müəssisələrinin rəhbərliyinə pedaqoji kadrlarla təminat sahəsində müvafiq köməklik göstərsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov