Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Layihə

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri
üçün riyaziyyat fənni kurikulumu (V-XI siniflər)

 

Təhsil səviyyələri üzrə təlim nəticələri 

Ümumi   orta   təhsil   səviyyəsi (V-IX siniflər) üzrə şagird:

1. Ədədlər və əməllər

* ədədlər üzərində şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

* müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir.

2. Cəbr və funksiyalar

* simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;

* ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi və yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

* rasional ifadələr üzərində eynilik çevrilmələri aparır;

* xətti və kvadratik tənlikləri, xətti tənliklər və bərabərsizliklər sistemini həll edir;

* funksiya anlayışı və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;

* mühakimələrini məntiqi əsaslandırır, nitqində dəqiq, aydın və yığcam ifadə edir.

3. Həndəsə

* müstəvi fiqurların və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir;

* sadə həndəsi qurmaları yerinə yetirir.

4. Ölçmə

* ölçmə və hesablama ləvazimatlarından istifadə edir;

* şifahi və yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

* fəaliyyətlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.

5. Statistika və ehtimal

* riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;

* statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

 

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

1. Ədədlər və əməllər

* riyazi anlayışlara aid alqoritmləri yerinə yetirir;

* real həyatda riyazi anlayış və düsturlardan istifadə edir.

2. Cəbr və funksiya

* kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;

* cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir.

3. Həndəsə

* genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir.

4. Ölçmə

* ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliyyatlar aparır.

5. Statistika və ehtimal

* ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;

* mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir. 

Siniflər üzrə məzmun standartları 

V SİNİF 

V sinfin sonunda şagird:

* Natural ədədlər arasındakı münasibətləri tətbiq edir, çoxluqlar üzərində sadə əməlləri yerinə yetirir.

* Riyazi əməlləri və riyazi prosedurları tətbiq edir.

* Natural ədədlər sırasında qanunauyğunluqları tətbiq edir.

* Natural ədədləri və onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır.

* Sadə cəbri prosedurları tətbiq edir.

* Sadə funksional asılılıqların cəbri ifadəsini qurur.

* Sadə həndəsi fiqurların əlamət, xassə və münasibətlərini tətbiq edir. Ölçmə alətlərindən istifadə edərək qurmanı yerinə yetirir.

* Praktik ölçmələrdə müvafiq ölçü vahidlərini, ölçü alətlərini və ölçmə texnikasını tətbiq edir.

* Tələb olunan məlumatları toplayır və mühakimə yürüdür.

* Sadə eksperimentin nəticələrini qeyd edir, müxtəlif hadisələri fərqləndirir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini, onların arasındakı münasibətləri tətbiq edir.

1.1.1. Natural ədədləri müqayisə edir və düzür.

1.1.2. Ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir.

1.1.3. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır.

1.2. Riyazi əməlləri, riyazi prosedurları və onların arasındakı əlaqəni tətbiq edir.

1.2.1. Natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.2. Natural ədədləri, onluq kəsrləri mərtəbə vahidlərinə vurma və bölmə qaydalarını tətbiq edir.

1.2.3. Ədədi ifadənin (mötərizəli ifadələr də daxil olmaqla) qiymətini tapır.

1.2.4. Məxrəcləri eyni olan kəsrləri toplayır və çıxır, onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.5. Ədədin hissəsini və faizini tapır.

1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.

1.3.1. Natural ədədləri və onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

2.1.1. Həyati situasiyaya uyğun ədədi və ya hərfi ifadə tərtib edir.

2.1.2. Şifahi söylənilən təklifi natural ədədlər çoxluğunda bərabərsizlik şəklində yazır.

2.1.3. Verilmiş əşyalar və natural ədədlərin sırasındakı qanunauyğunluğu müəyyən edir.

2.2. Cəbri prosedurları yerinə yetirir.

2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapır.

2.2.2. Natural ədədlər çoxluğunda tənlikləri həll edir.

2.2.3. Sadə bərabərsizliklərin natural həllərini tapır.

2.3. Funksiyaları tətbiq edir.

2.3.1. Bəzi kəmiyyətlər arasındakı asılılıqları düstur (P=4a, P=2(a+b), S=v*t, V= a3, S=a2, S=a*b və s.) şəklində ifadə edir. 

3.Həndəsə

Şagird:

3.1. Həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq edir.

3.1.1. Nöqtə, düz xətt, müstəvi, şüa, parça, bucaq, üçbucaqlı, dördbucaqlı anlayışları ilə bağlı biliklərini nümayiş etdirir.

3.1.2. Üçbucaqlıların və dördbucaqlıların perimetrlərini, düzbucaqlının və kvadratın sahəsini hesablayır.

3.1.3. Sadə simmetrik müstəvi fiqurlarını tanıyır.

3.1.4. Oxa nəzərən simmetriyanı tapır.

3.1.5. Transporterin köməyi ilə verilmiş bucağı qurur.

3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.

3.2.1. Dərəcə ölçüsü məlum olan bucağı, tərəfləri məlum olan düzbucaqlını qurur.  

4. Ölçmə

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Müvafiq ölçü vahidlərini, ölçü alətlərini və ölçmə texnikasını seçməklə sadə ölçmələri yerinə yetirir, bir ölçü vahidindən digərinə keçir.  

5. Statistika və ehtimal

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Tələb olunan məlumatları müxtəlif mənbələrdən toplayır və qeyd edir.

5.1.2. Toplanmış məlumatlar əsasında alınmış ədədlərin ədədi ortasını tapır.

5.1.3. Cədvəllər əsasında mühakimələr yürüdür.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Sadə eksperimentin mümkün nəticələri çoxluğunu qeyd edir.

5.2.2. Müxtəlif hadisələri fərqləndirir. 

VI SİNİF 

VI sinfin sonunda şagird:

* Tam ədədlər çoxluğunda, kəsr ədədlər çoxluğunda riyazi prosedurları yerinə yetirir.

* Sadə cəbri ifadənin qiymətini hesablayır.

* Birdəyişənli xətti tənliyi və müsbət əmsallı sadə bərabərsizlikləri həll edir.

* Düz və tərs mütənasib asılılıqları müəyyən edir.

*  Həndəsi fiqurlar üzərində sadə münasibətləri tətbiq edir.

* Koordinat sistemində sadə qurmaları yerinə yetirir.

* Həcmin ölçülməsində ölçmə texnikasını tətbiq edir.

* Məlumatların təhlili əsasında proqnoz verir.

* Ehtimallılığına görə hadisələri fərqləndirir, sınaqların mümkün nəticələrinin sayını müəyyən edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini, onların arasındakı münasibətləri tətbiq edir.

1.1.1. Tam ədədləri müqayisə edir və düzür.

1.1.2. Tam ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində göstərir.

1.1.3. İki sonlu çoxluğun fərqini tapır.

1.2. Riyazi əməlləri, riyazi prosedurları və onların arasındakı əlaqəni tətbiq edir.

1.2.1. Tam ədədlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.2. Vurma və bölmənin xassələrini tətbiq edir.

1.2.3. Əməllərin yerinə yetirilməsi qaydasını gözləməklə ədədi ifadənin (mütləq qiymət işarəsi altında olan ifadələr də daxil olmaqla) qiymətini tapır.

1.2.4. Adi və onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.5. Nisbət, tənasüb və faizi müxtəlif məsələlərin həllinə tətbiq edir.

1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.

1.3.1. Praktik məsələlərin həllində təqribi qiymətləndirmədən istifadə edir. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

2.1.1. Şifahi söylənilən ikimərhələli ifadəni yazılı ifadəyə və əksinə çevirir.

2.1.2. Şifahi söylənilən təklifi tam ədədlər çoxluğunda bərabərsizlik şəklində yazır.

2.1.3. Verilmiş fiqurlar və tam ədədlərin sırasındakı qanunauyğunluğu müəyyən edir.

2.2. Cəbri prosedurları yerinə yetirir.

2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün sadə cəbri ifadənin qiymətini tapır.

2.2.2. Rasional ədədlər çoxluğunda tənlikləri həll edir.

2.2.3. Sadə xətti bərabərsizliklərin tam ədədlər çoxluğunda həllini seçmə üsulu ilə müəyyən edir.

2.3. Funksiyaları tətbiq edir.

2.3.1. Düz və tərs mütənasib asılılıqları dəyişənlərlə ifadə edir. 

3.Həndəsə

Şagird:

3.1. Həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq edir.

3.1.1. Müstəvi üzərində düz xətlərin, düz xətlə çevrənin, çevrələrin qarşılıqlı vəziyyətini təyin edir.

3.1.2. Çevrə, dairə, sfera və kürə ilə bağlı sadə məsələləri həll edir.

3.1.3. Sadə simmetrik fəza fiqurlarını tanıyır.

3.1.4. Nöqtəyə nəzərən simmetriyanı tapır.

3.1.5. Bucaqların toplanması xassəsini tətbiq edərək məchul bucağın qiymətini hesablayır.

3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.

3.2.1. Radiusuna görə çevrəni, tərəflərinə görə üçbucaqlını qurur. 

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Beynəlxalq hesablaşmalarda istifadə olunan əsas ölçü vahidlərini (barel, mil, farengeyt) tətbiq edir. 

5. Statistika və ehtimal

Şagird:

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Müəyyən əlamətlərinə görə seçilmiş məlumatların dəyişməsini xarakterizə edən cədvəl və ya diaqram qurur.

5.1.2. Toplanmış ədədi məlumatların moda və medianını tapır.

5.1.3. Məlumatların təhlili əsasında proqnozlar verir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Azehtimallı və çoxehtimallı hadisələri fərqləndirir.

5.2.2. Sınaqların mümkün nəticələrinin sayını müəyyən edir. 

VII SİNİF 

VII sinfin sonunda şagird:

* Rasional ədədlər çoxluğunda münasibətləri tətbiq edir.

* Rasional ədədlər üzərində riyazi prosedurları tətbiq edir və nəticələrin reallığa uyğunluğunu yoxlayır.

* Rasional ədədlər sırasındakı qanunauyğunluqları tətbiq edir.

* İkidəyişənli xətti tənliklər sistemini və birdəyişənli müsbət əmsallı xətti bərabərsizliyi tətbiq edir.

* Xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyətini izah edir.

* Müstəvi üzərində fiqurların konqruyentlik münasibətlərini tətbiq edir.

* Pərgar və xətkeşin köməyi ilə sadə həndəsi qurmaları yerinə yetirir.

* Ölçmələrdə mütləq və nisbi xətanı tətbiq edir.

* Verilmiş proqnozların dəqiqliyini yoxlayır, baş verən hadisədə əlverişli halların sayını müəyyən edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini, onların arasındakı münasibətləri tətbiq edir.

1.1.1. Rasional ədədləri müqayisə edir və düzür.

1.1.2. Rasional ədədə uyğun olan nöqtəni koordinat düz xətti üzərində göstərir.

1.1.3. Çoxluqlar üzərində əməllərin xassələrini tətbiq edir.

1.2. Riyazi əməlləri, riyazi prosedurları və onların arasındakı əlaqəni tətbiq edir.

1.2.1. Əməllərin yerinə yetirilmə ardıcıllığını gözləməklə natural üstlü qüvvət daxil olan ədədi ifadənin qiymətini tapır.

1.2.2. Natural üstlü qüvvətin xassələrini tətbiq edir.

1.2.3. Natural üstlü qüvvət daxil olan ifadələri sadələşdirir.

1.2.4. Ədədi ifadələrin qiymətinin tapılmasına müxtəsər vurma düsturlarını tətbiq edir.

1.2.5. Düz mütənasib və tərs mütənasib kəmiyyətlərlə bağlı məsələlər həll edir.

1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.

1.3.1. Praktik məsələlərin həllində təqribi hesablamalar aparır və nəticənin reallığa uyğunluğunu yoxlayır. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

2.1.1. Həyati situasiyaya uyğun xətti tənlik və ya xətti tənliklər sistemi tərtib edir.

2.1.2. Şifahi söylənilən ikimərhələli təklifi bərabərsizlik şəklində yazır.

2.1.3. Verilmiş rasional ədədlərin sırasındakı qanunauyğunluğu müəyyən edir.

2.2. Cəbri prosedurları yerinə yetirir.

2.2.1. Çoxhədlilər üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirir.

2.2.2. Birdəyişənli xətti tənliyi və ikidəyişənli iki xətti tənliklər sistemini həll edir.

2.2.3. Modul işarəsi daxilində dəyişəni olan sadə bərabərsizliklərin həllini seçmə üsulu ilə müəyyən edir.

2.3. Funksiyaları tətbiq edir.

2.3.1. Xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyətini müəyyən edir. 

3. Həndəsə

Şagird:

3.1. Həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq edir.

3.1.1. Müstəvi üzərində bucaqların, üçbucaqlıların konqruyentliyini müəyyənləşdirir.

3.1.2. Üçbucaqlının əsas elementləri arasındakı münasibətləri tətbiq edir.

3.1.3. Parçanın, bucağın, bərabəryanlı, bərabərtərəfli üçbucaqlının simmetriya oxunu qurur.

3.1.4. Çevirmələrdən (oxa nəzərən, nöqtəyə nəzərən, dönmə) alınan iki müstəvi fiqurun konqruyentliyini müəyyən edir.

3.1.5. 300-li bucaq qarşısındakı kateti hipotenuzla ifadə edir.

3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.

3.2.1. Pərgar və xətkeşin köməyi ilə sadə həndəsi qurmaları yerinə yetirir. 

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Ölçmədə mütləq və nisbi xətanı təyin edir. 

5. Statistika və ehtimal

Şagird:

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Məlumatları diaqram, histoqram və ya qrafik şəklində təqdim edir.

5.1.2. Toplanmış ədədi məlumatların dəyişmə diapazonunu və kvartillərini müəyyən edir.

5.1.3. Statistik məlumatların əsasında verilmiş proqnozları yoxlayır və dəqiqləşdirir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Yəqin hadisə, mümkün olmayan hadisə və təsadüfi hadisələri fərqləndirir.

5.2.2. Hər hansı hadisə üçün əlverişli halların sayını müəyyən edir. 

VIII SİNİF 

VIII sinfin sonunda şagird:

* İrrasional ədədlər üzərində riyazi prosedurları tətbiq edir.

* Kvadrat tənliyi və xətti bərabərsizliyi tətbiq edir.

* Qrafiklərin müqayisəsi əsasında situasiyaları şərh edir.

* Həndəsi fiqurların münasibətlərini tətbiq edir.

* Praktik ölçmələri layihələndirir və alqoritmlər qurur.

* Statistik məlumatların və qrafiklərin əsasında proqnoz verir.

* Proqnoz üzrə gözlənilən nəticələri real nəticələrlə müqayisə edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini, onların arasındakı münasibətləri tətbiq edir.

1.1.1. İrrasional (kvadrat kök daxil olan) ədədləri müqayisə edir və düzür.

1.1.2. İrrasional ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində təxmini göstərir.

1.1.3. Çoxluqların birləşməsi və kəsişməsi xassələrini məsələlər həllinə tətbiq edir.

1.2. Riyazi əməlləri, riyazi prosedurları və onların arasındakı əlaqəni tətbiq edir.

1.2.1. Mənfi olmayan həqiqi ədədin hesabi kvadrat kökünün xassələrindən istifadə edərək kvadrat kök daxil olan ifadələrin qiymətini tapır.

1.2.2. Tam üstlü qüvvətin xassələrini tətbiq edir.

1.2.3. Kvadrat kök daxil olan ədədi ifadələri sadələşdirir.

1.2.4. Müxtəsər vurma düsturlarının köməyi ilə kvadrat kök daxil olan ifadələrin qiymətini tapır.

1.2.5. Sadə faiz artımı və mürəkkəb faiz artımı düsturlarını tətbiq edir.

1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.

1.3.1. Kvadrat kök daxil olan ədədi ifadələri təxmini qiymətləndirir və aldığı nəticələri hesablama texnikasının tətbiqi ilə aldığı qiymətlə müqayisə edir.

 2. Cəbr və funksiyalar

Şagird:

2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

2.1.1. Həyati situasiyalara uyğun kvadrat tənlik tərtib edir.

2.1.2. Xətti bərabərsizliyə gətirilən sadə məsələləri həll edir.

2.1.3. Verilmiş həqiqi ədədlərin sırasındakı qanunauyğunluğu müəyyən edir.

2.2. Cəbri prosedurları yerinə yetirir.

2.2.1. Tam və kəsr rasional ifadələr üzərində əməlləri yerinə yetirir.

2.2.2. Kvadrat tənlikləri həll edir.

2.2.3. Birdəyişənli xətti bərabərsizlikləri və bərabərsizliklər sistemini həll edir.

2.3. Funksiyaları tətbiq edir.

2.3.1. Qrafiklərin müqayisəsi əsasında situasiyaları şərh edir. 

3.Həndəsə

Şagird:

3.1. Həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq edir.

3.1.1. Üçbucaqlının və dördbucaqlının elementlərinin xassələrini tətbiq edir.

3.1.2. Müstəvi fiqurların (üçbucaqlının, paraleloqramın, rombun, trapesiyanın) sahəsini hesablayır.

3.1.3. Üçbucaqlıların oxşarlıq əlamətlərini və dördbucaqlıların simmetriya xassələrini tətbiq edir.

3.1.4. Müstəvidə vektorlar üzərində əməlləri yerinə yetirir.

3.1.5. Düzbucaqlı üçbucaqlının tərəfləri ilə bucaqları arasındakı münasibətləri tətbiq edir.

3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.

3.2.1. Ox simmetriyası və mərkəzi simmetriya anlayışları əsasında bəzi sadə qurmaları yerinə yetirir. 

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Praktik ölçmələri layihələndirir və alqoritmlər qurur. 

5. Statistika və ehtimal

Şagird:

5.1 Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Topladığı məlumatların səmərəli təqdimat üsulunu (diaqram, histoqram, qrafik, piktoqraf, gövdə və budaqlar diaqramı, dairəvi diaqram) müəyyənləşdirir.

5.1.2. Məlumatlar çoxluğunun mərkəzə meyillilik ölçülərini (ədədi orta, moda, median) hesablayır.

5.1.3. Qrafiklər əsasında proqnozlar verir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Mühakiməni əsaslandırmaq üçün aparılan eksperimentin nəticələrini təhlil edir.

5.2.2. Proqnoz üzrə gözlənilən nəticələri real nəticələrlə müqayisə edir. 

IX SİNİF 

IX sinfin sonunda şagird:

* Həqiqi ədədlər üzərində riyazi prosedurları tətbiq edir.

* Biri xətti, digəri isə ikidərəcəli olan tənliklər sistemini, xətti bərabərsizliklər sistemini və kvadrat bərabərsizliyi  həll edir.

* Kvadrat kök və kub kök daxil olan ifadələrin təqribi qiymətini tapır və aldığı nəticəni hesablama texnikasının tətbiqi əsasında aldığı nəticə ilə müqayisə edir.

* Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

* Funksiya və qrafikləri praktik məsələlərin həllinə tətbiq edir.

* Çevrənin uzunluğunu, dairənin sahəsini hesablayır, düzgün çoxbucaqlıların xassələrini, həndəsi çevirmələri, müstəvi üzərində koordinatlar üsulunu, 00-dən 1800-dək bucaqların triqonometrik funksiyalarının xassələrini tətbiq edir.

* Həndəsi çevirmələri qurmaya tətbiq edir.

* Praktik ölçmələrdə alınan nəticələri yoxlayır və qiymətləndirir.

* Statistik məlumatları əlamətlərinə görə qruplaşdırır və düzgünlüyünü müəyyənləşdirir.

* Ehtimal əsasında hadisələrin başvermə mümkünlüyünü proqnozlaşdırır. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini, onların arasındakı münasibətləri tətbiq edir.

1.1.1. Həqiqi ədədləri müqayisə edir və düzür.

1.1.2. Həqiqi ədədə uyğun olan nöqtəni koordinat düz xətti üzərində təxmini göstərir.

1.1.3. Çoxluqların birləşməsi və kəsişməsinin xassələrini həqiqi ədədlər çoxluğu ilə bağlı məsələ həllinə tətbiq edir.

1.2. Riyazi əməlləri, riyazi prosedurları və onların arasındakı əlaqəni tətbiq edir.

1.2.1. n-ci (n >2) dərəcədən kökün xassələrindən istifadə edərək ifadənin qiymətini tapır.

1.2.2. Rasional üstlü qüvvətin xassələrini tətbiq edir.

1.2.3. n-ci (n>2) dərəcədən kök daxil olan ifadələri sadələşdirir.

1.2.4. Müxtəsər vurma düsturlarını n-ci (n>2) dərəcədən kök daxil olan ifadələrə tətbiq edir.

1.2.5. Praktik məsələlərin (vergilərin hesablanması, satış qiymətinin dəyişməsi və s.) həllinə faizi tətbiq edir.

1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.

1.3.1. Kvadrat kök və kub kök daxil olan ifadələrin təqribi qiymətini tapır və aldığı nəticələri hesablama texnikasının tətbiqi ilə aldığı nəticələrlə müqayisə edir. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.

2.1.1. Həyati situasiyalara uyğun tənlik və ya tənliklər sistemi tərtib edir.

2.1.2. Verilmiş təklifi bərabərsizlik və ya bərabərsizliklər sistemi şəklində yazaraq həll edir.

2.1.3. Ardıcıllıqların, ədədi və həndəsi silsilənin xassələrini məsələ həllinə tətbiq edir.

2.2. Cəbri prosedurları yerinə yetirir.

2.2.1. Cəbri ifadələr üzərində eynilik çevirmələri aparır.

2.2.2. Biri xətti, digəri ikidərəcəli olan ikidəyişənli tənliklər sistemini həll edir.

2.2.3. Kvadrat bərabərsizliyi həll edir.

2.3. Funksiyaları tətbiq edir.

2.3.1. Funksiya və qrafikləri praktik məsələlərin həllinə tətbiq edir. 

3.Həndəsə

Şagird:

3.1. Həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq edir.

3.1.1. Çoxbucaqlıları fərqləndirir, düzgün çoxbucaqlıların xassələrini tətbiq edir.

3.1.2. Çevrənin uzunluğunu tapır, düzgün çoxbucaqlının, dairənin sahəsini hesablayır.

3.1.3. Həndəsi çevirmələrin xassələrini tətbiq edir.

3.1.4. Müstəvi üzərində koordinatlar üsulunu tətbiq edir.

3.1.5.  00-dən 1800-dək bucaqların sinusu, kosinisu, tangensi və kotangensinin xassələrini tətbiq edir.

3.2. Sadə həndəsi qurmaları yerinə yetirir.

3.2.1. Həndəsi çevirmələri qurmaya tətbiq edir. 

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Praktik ölçmələrdə alınan nəticələri yoxlayır və qiymətləndirir. 

5. Statistika və ehtimal

Şagird:

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Cədvəl, diaqram, histoqram və ya qrafik şəklində verilmiş məlumatları oxuyub təhlil edir.

5.1.2. Statistik məlumatları müəyyən əlamətlərə görə təsnif edir.

5.1.3. Statistik məlumatların düzgünlüyünü müəyyən edir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Birləşmənin növlərini fərqləndirir və ehtimala aid məsələlərin həllində onlardan istifadə edir.

5.2.2. Ehtimal əsasında hadisələrin baş

vermə mümkünlüyünü proqnozlaşdırır.  

X SİNİF 

X sinfin sonunda şagird:

* İrrasional üstlü qüvvətin xassələrini tətbiq edir, triqonometrik, üstlü və loqarifmik ədədi ifadələrin qiymətini tapır.

* Triqonometrik, üstlü və loqarifmik funksiyaların xassələrini müxtəlif situasiyalardakı problemlərin həllinə tətbiq edir.

* Fəza fiqurlarının təsvir, əlamət, xassə və münasibətlərini səthin sahəsinin tapılmasına tətbiq edir.

* Mütləq xətanı, nisbi xətanı səthin sahəsinin hesablanmasına tətbiq edir.

* Statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları şərh edir.

* İsbat olunan təklifi fərz olunandan fərqləndirir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Riyazi əməlləri, riyazi prosedurları və onlar arasındakı əlaqələri tətbiq edir.

1.1.1. İrrasional üstlü qüvvətin xassələrini tətbiq edir

1.1.2. Triqonometrik, üstlü və loqarifmik ədədi ifadələri sadələşdirərək qiymətini tapır. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Cəbri çevirmədən müxtəlif situasiyalardakı problemlərin həllində istifadə edir.

2.1.1. Uyğun eyniliklərdən istifadə edərək triqonometrik, üstlü və loqarifmik ifadələri sadələşdirir.

2.1.2. Triqonometrik, üstlü və loqarifmik funksiyaların xassələrini tənliklər və tənliklər sisteminin həllinə tətbiq edir.

2.1.3. Triqonometrik, üstlü və loqarifmik funksiyaların xassələrini bərabərsizliklər və bərabərsizliklər sisteminin həllinə tətbiq edir.

2.1.4. Funksiyanın monotonluq aralıqlarını və ekstremum nöqtələrini müəyyənləşdirir. 

3. Həndəsə

Şagird:

3.1. Fəza təsəvvürlərindən ətraf aləmdəki cismlərin təsvirində (çertyoj, şəkil, sxem ) və hesablamalarda istifadə edir.

3.1.1. Fəzada düz xətlərin və müstəvilərin qarşılıqlı vəziyyətini məsələlər həllinə tətbiq edir.

3.1.2. Çoxüzlülərin xassələrini praktik məsələlərin həllinə tətbiq edir.  

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Fəza fiqurlarının xassələrini ölçməyə tətbiq edir.

4.1.2. Çoxüzlülərin səthinin sahəsini tapır.

4.1.3. Ölçmə və hesablama vasitələri ilə sahələri hesablayır və alınmış nəticələri müqayisə edərək xətanı müəyyənləşdirir. 

5. Statistika və ehtimal

Şagird:

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları şərh edir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. İsbat olunan təklifi fərz olunandan fərqləndirir. 

XI SİNİF 

XI sinfin sonunda şagird:

* Həqiqi ədədlər üzərində riyazi əməlləri yerinə yetirir, yığılan həqiqi ədədlər ardıcıllığının limitini hesablayır.

* Cəbri triqonometrik, üstlü və loqarifmik funksiyaların limitini hesablayır.   

* Koordinatlar üsulunu, fırlanma cismlərinin xassələrini məsələlərin həllinə tətbiq edir.

* Diferensial və inteqralı sadə məsələlərin həllinə tətbiq edir.

* Mütləq xətanı, nisbi xətanı fiqurların həcminin hesablanmasına tətbiq edir.

* Mühakimələrini riyazi faktlarla əsaslandırır və şərh edir.

* Ehtimalın klassik modelinə əsasən hadisənin baş verməsini proqnozlaşdırır. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədədlər və əməllər

Şagird:

1.1. Riyazi əməlləri, riyazi prosedurları və onlar arasındakı əlaqələri tətbiq edir.

1.1.1. Həqiqi ədədlər üzərində riyazi əməlləri yerinə yetirir.

1.1.2. Həqiqi ədədlər ardıcıllığının yığılan olub-olmadığını müəyyənləşdirərək onların limitini hesablayır. 

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Cəbri çevirmədən müxtəlif situasiyalardakı problemlərin həllində istifadə edir.

2.1.1. Limitin xassələrini cəbri funksiyaların limitinin tapılmasına tətbiq edir.

2.1.2. Triqonometrik, üstlü və loqarifmik funksiyaların limitini hesablayır.

2.1.3. İntervallar üsulu ilə barabərsizlikləri həll edir.

2.1.4. Funksiyanın araşdırılmasına və yaxın fənlərin öyrənilməsinə törəməni tətbiq edir. 

3. Həndəsə

Şagird:

3.1. Fəza təsəvvürlərindən ətraf aləmdəki cismlərin təsvirində (çertyoj, şəkil, sxem) və hesablamalarda istifadə edir.

3.1.1. Koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq edir.

3.1.2. Fırlanma cismlərinin xassələrini praktik məsələlərin həllinə tətbiq edir. 

4. Ölçmə

Şagird:

4.1. Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.

4.1.1. Müəyyən inteqraldan istifadə edərək əyrixətli trapesiyanın və digər müstəvi fiqurların sahəsini tapır.

4.1.2. Düsturlar vasitəsilə çoxüzlülərin həcmini və müəyyən inteqral vasitəsilə bəzi fırlanma cismlərinin həcmini tapır.

4.1.3. Ölçmə və hesablama vasitələri ilə alınmış nəticələri müqayisə edərək xətanı müəyyən edir. 

5. Statistika və ehtimal

Şagird:

5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və təqdim edir.

5.1.1. Mühakimələri riyazi faktlarla əsaslandırır və məntiqi nəticələri şərh edir.

5.2. Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır.

5.2.1. Ehtimalın klassik modelinə əsasən hadisənin baş verməsini proqnozlaşdırır. 

(Ardı var)

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov