Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

 Azərbaycan Prezidenti İlham Əliyev Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin,
244 nömrəli uşaq bağçasının binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəbləri binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsinə gəldi. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 33 nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168 şagird yerlik məktəbdə 267 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib.

Sonra Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 125 nömrəli orta məktəbə gəldi. 340 şagird yerlik bu məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu bildirildi. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi qeyd olundu.

Daha sonra Prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli uşaq bağçasında həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanış oldu. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, uşaq bağçasının binası qəza vəziyyətində olduğundan sökülərək yenidən inşa olunub. 60 nəfər uşaq üçün nəzərdə tutulan bağçada üç qrup fəaliyyət göstərəcəkdir. İnşa olunmuş yeni binada ən müasir tələblərə uyğun bütün şərait yaradılacaqdır.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tövsiyələrini verdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov