Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Azərbaycan Prezidenti İlham Əliyev Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında
aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 7-də Xəzər rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ümumi vəziyyəti ilə tanış olmuşlar.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Dövlət Proqramına əsasən məktəb binalarında təmir işləri ilə yanaşı, ehtiyacı olan təhsil ocaqları üçün əlavə sinif otaqlarının, idman və akt zallarının, yeni korpusların inşası və lazımi avadanlıqla təchizatı da nəzərdə tutulub.

Prezident İlham Əliyevə 92 nömrəli orta məktəb binasında həyata keçirilən təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ikimərtəbəli məktəb binası 1969-cu ildə istifadəyə verilib. 480 şagird yerlik orta məktəbdə birinci növbədə 436 şagird oxuyur. İkinci növbədə isə Laçın rayonunun Malıbəy kəndindən olan 80 şagird təhsil alır. Dövlət Proqramına uyğun olaraq həyata keçirilən təmir işləri zamanı məktəb binası tamamilə müasir səviyyədə yenidən qurulub, ikinci mərtəbədə əlavə 6 sinif otağı tikilib, siniflər yeni partalarla təmin edilib, qapı və pəncərələr dəyişdirilib, döşəmə əsaslı şəkildə yenidən qurulub, tavan tam bərpa edilib. Məktəbdə müasir istilik sistemi quraşdırılıb.

Dövlət başçısı yeni qazanxananın qış mövsümünə qədər tikilib işə salınması, o cümlədən məktəbin elektrik enerjisi və qazla təchiz edilməsi ilə bağlı tapşırıqlar verdi.

92 nömrəli məktəbin həyəti abadlaşdırılıb, asfalt örtüyü dəyişdirilib. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt örtüyü döşənib, ətrafında yaşıllıq zolaqları salınıb.

Qeyd edək ki, dövlət başçısı şagirdlərin rahat gediş-gəlişini təmin etmək üçün məktəbə avtobus hədiyyə edib.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin yaxınlığındakı ərazidə şagirdlərin və qəsəbə sakinlərinin istifadəsi üçün yeni idman kompleksinin inşa olunması ilə bağlı tapşırıqlar verdi.

 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov