Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

"İlk məğlub etdiyim rəqib anam olub"

 

Şahmat üzrə səkkiz yaşlı Azərbaycan çempionu ilə müsahibə 

Ölkəmizdə idmana və idmançılara dövlət tərəfindən yüksək qayğı və diqqət göstərilir. Məhz bunun nəticəsi olaraq bu gün yeniyetmə və gənclərimiz idmanın müxtəlif növləri ilə ciddi məşğul olurlar. Təsadüfi deyildir ki, ölkəmizə gətirilən medalların sayı ildən-ilə artır, dövlət bayrağımız möhtəşəm qələbələrimizin şərəfinə yüksəklərə qaldırılır. Şahmat üzrə Azərbaycan çempionu Məhəmməd Muradlı da ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda layiqincə qorumaq üçün səylə hazırlaşır. 

Səkkiz  yaşlı Məhəmməd Muradlı  idmanı çox sevir.  O, idmanın şahmat növü üzrə məşğul olur. Məhəmməd Azərbaycan çempionudur. 2003-cü ildə Bakıda müəllim ailəsində anadan olan  Məhəmməd Qaradağ rayonunda yerləşən 106 nömrəli orta məktəbin III sinif şagirdidir. Yaşıdlarından qeyri-adi istedadı və bacarığı ilə fərqlənən 8 yaşlı Məhəmməd şahmat oynamağa 5-6 yaşlarından başlayıb.  Sonralar valideynləri bu idman növünə həvəsini görüb onu Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat -Dama İdman Məktəbinə qoyurlar. Balaca Məhəmməd idman məktəbində şahmatın sirlərini öyrənməyə başlayır. Onun uğurları da bundan sonra başlayır.

- Məhəmməd,  səndə idmanın şahmat  növünə olan sevgi haradan yarandı və ilk qələbəni necə xatırlayırsan?

- Anam şahmatı çox sevir və gözəl oynayır.  O, mənim demək olar ki, ilk müəllimim olub.  Boş vaxtlarında  həmişə məni öyrədər, etdiyim səhvləri oyun zamanı deyərdi. Anamla şahmat oynayaraq bu idman növünü həvəslə sevdim və ilk sirlərini öyrəndim.  Sonralar təxminən 5-6 yaşlarımda sərbəst şahmat  oynamağa başladım.  Bütün uğurlarıma görə valideynlərimə və müəllimimə minnətdaram. İlk məğlub etdiyim rəqib də elə anam olub.

- Şahmat oynayanda hansı hissləri keçirirsən?

- Oynamağa başlayanda çalışıram ki, heç bir səhvə yol verməyim. Tələsmədən  düzgün qərarlar vermək istəyirəm. Hər bir rəqib oyunçudan yaxşı nəsə öyrənməyə çalışıram.

- Çempion olanda valideynlərin səni hansı hədiyyər ilə təbrik etdilər?

- Qələbə qazanmaq mənim üçün ən böyük hədiyyədir. Həmişə istəyərdim ki, qəşəng velosipedim olsun,  valideynlərim məni istəyimə qovuşdurdular. Şahmat Federasiyasından isə diplom, qızıl medal və videokamera verdilər.

- Güclü rəqiblərlə mübarizə aparmaq azyaşlı Məhəmmədə çətin gəlmir ki?

- Hər bir oyuna hazırlaşanda valideynlərim və müəllimim məni ruhlandırır. Heç yadımdan çıxmır, Bakı çempionatında evdəkilər mənə "rəqib səndən güclüdür, ehtiyatlı ol", - dedilər. Həmin yarışda mən yaxşı nəticə əldə edə bilməmişdim.  Çempion olmaq arzusu hər bir idmançı üçün çox vacib hallardan biridir. Bu yolda mübarizə aparmaq lazımdır. Ən böyük arzum Avropa və dünya çempionu olmaqdır. Gələcəkdə özümü tanınmış və məşhur şahmatçı kimi görmək istəyirəm.  

"Yaxşı cəhətlərindən biri həmişə öz üzərində işləməsidir" 

Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat -Dama İdman Məktəbinin direktoru Natiq  Ələkbərov: -  Azərbaycanın bu gün beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın göstəricisidir. Azərbaycanda bütün sahələrlə yanaşı, idman sahəsinə də dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində də dünya ölkələri içərisində öz sözünü deyir. İdmançılarımız dünya arenalarında ölkəmizi layiqli təmsil edirlər. Bu gün Azərbaycanın hər bir bölgəsində müasir standartlara cavab verən idman kompleksləri fəaliyyət göstərir. Xoşbəxt bir xalqıq ki, bizim gənc və yeniyetmələrimiz pis vərdişlərə deyil, məhz idmana maraq göstərirlər.

Məhəmməd Muradlı haqqında isə onu deyə bilərəm ki, o, çalışqanlığı, iti zəkası, idmana olan marağı ilə digərlərindən həmişə fərqlənir. O, şahmat məktəbinə qəbul olanda bu idman növü haqqında kifayət qədər anlayışı var idi. Məhəmmədi irəliyə aparan yaxşı cəhətlərindən biri həmişə öz üzərində işləməsidir. O, 2011-ci ildə Azərbaycan çempionu adını qazanmışdır. Məktəbimizdə olan hər bir şahmatçı haqqında rəy vermək çətin olsa da, Məhəmməd haqqında onu demək olar ki, qısa müddət ərzində bu qədər yüksək nəticəni qazanan bir uşağın böyük gələcəyi var. İnanırıq ki, o, ölkəmizin adını həmişə dünya arenalarında uca tutacaq, üçrəngli bayrağımızı zirvələrə ucaldacaq.  

"Onunla işləmək rahatdır" 

Məhəmməd Muradlının qazandığı uğurlarda peşəkar və təcrübəli şahmat müəllimi Eldar Musayevin də əziyyəti böyükdür. O, yetirməsi haqqında bu fikirdədir.

- Məhəmməd özünə güvənən, prinsipial, nümunəvi  və nizam-intizamlı bir oyunçudur. O, güclü yaddaşa malik şahmatçıdır. Onunla işləmək rahatdır, çünki o, boş vaxtlarında öz üzərində çalışmağı çox sevir. Şahmatda böyük məsuliyyət, özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Mən bunların hamısını Məhəmməddə görürəm.  Belə davam eləsə, onu Avropa və dünya çempionu kimi görmək mümkün olacaq.  Hər bir müəllim kimi mənim də sevincimin hədd-hüdudu yoxdur. Biz ona güvənirik.  

Məhəmməd həm də dərs əlaçısıdır  

Bakının Qaradağ rayonunda yerləşən 106 nömrəli orta məktəbin direktoru Süleyman Şıxəliyev də Məhəmmədin bütün əxlaqi keyfiyyətləri özündə birləşdirən, nümunəvi bir şagird olduğunu dedi.  Bildirdi ki, o, yaşının az olmasına baxmayaraq, bütün məktəb kollektivinin hörmətini qazanıb. Məhəmməd həm də dərs əlaçısıdır. O, bu il üçünçü sinfə keçdi. Bütün fənlərdən "əla" və "yaxşı" qiymətlər alır. Müəllimləri həmişə onun güclü hafizəyə, iti zəkaya malik olduğunu söyləyirlər. 

"Ailəmizin arzusu Məhəmmədi məşhur şahmatçı kimi görməkdir" 

Atası Seymur Muradov: O, ailədə iki bacısından sonra sonuncu övladdır. Ailəmizin arzusu Məhəmmədi məşhur şahmatçı kimi görməkdir. Məhəmməd idmanın şahmat növü ilə yanaşı, akrobatika ilə də məşğul olur. Biz onun əldə etdiyi uğurlara ürəkdən sevinirik.

Öyrəndik ki, Məhəmməd bu il Avropa və dünya çemionatlarında iştirak edəcək. İnanırıq ki, o, bu mötəbər yarışlarda xalqımızı layiqli təmsil edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq. Bu şərəfli və çətin yolda ona uğurlar arzulayırıq.          

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov