Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında
orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə paytaxtın Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış oldu. Burada həyata keçirilən əsaslı təmir və bərpa işləri barədə dövlət başçısına məlumat verildi. Bildirildi ki, 170 nömrəli məktəbin binasının birinci korpusu 1928-ci ildə inşa edilib və hospital kimi fəaliyyət göstərib. 1932-ci ildə isə fəaliyyətini 120 şagird yerlik orta məktəb kimi davam etdirib. İkinci korpusun inşasından sonra isə məktəbdə 420 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda 170 nömrəli məktəbdə 900 şagird təhsil alır. Dərslər iki növbədə keçilir. Ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ən müasir tələblərə uyğun şəkildə həyata keçirilib.

***

Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Nizami rayonundakı Kamil Əliyev adına 61 nömrəli məktəbə gəldi. Burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 61 nömrəli məktəbin binası 1965-ci ildə inşa edilib. Binanın ümumi sahəsi 4030 kvadratmetrdir. 960 şagird yerlik məktəbdə 650 şagird təhsil alır. Məktəbin binası Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlər planı çərçivəsində əsaslı şəkildə təmir olunub, tədris üçün lazımi şərait yaradılıb. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt örtüyü döşənib, ətraf ərazi abadlaşdırılıb.

***

Sonra Prezident İlham Əliyev Suraxanı rayonundakı Bünyadəli Qulamoğlu adına 285 nömrəli orta ümumtəhsil məktəbində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış oldu. Təmir və bərpa işləri barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1990-cı ildə inşa edilib. 1396 şagird yerlik 285 nömrəli məktəbdə 930 şagird təhsil alır. Dövlət Proqramı çərçivəsində məktəb əsaslı şəkildə yenidən qurulub, ayrı-ayrı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir standartlara uyğun şəkildə təmir olunub və lazımi avadanlıqla təchiz edilib. Məktəbin iki örtülü və iki açıq idman meydançası da yüksək səviyyədə yenidən qurulub. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt döşənib, təhsil ocağının ətrafı abadlaşdırılıb.

***

Daha sonra Prezident İlham Əliyev Nəsimi rayonundakı 44 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, 44 nömrəli məktəbin binası 1922-ci ildə hərbi hospital kimi inşa edilib. Məktəbin ikinci korpusu isə 1980-ci ildə istifadəyə verilib. 1100 şagird yerlik məktəbdə 470 şagird təhsil alır. Əsaslı təmirə başlamazdan əvvəl məktəbin binası qəza vəziyyətində idi. Ümumi sahəsi 6700 kvadratmetr olan binada təmir və bərpa işləri ən müasir standartlara uyğun şəkildə həyata keçirilib. Yenidənqurma işlərindən sonra məktəb lazımi tədris avadanlığı ilə təchiz edilib. Təmir edilmiş bütün məktəblərdə olduğu kimi, burada da müasir kompüter sinifləri yaradılıb, sinif otaqlarında isə yeni partalar və elektron lövhələr quraşdırılıb. Məktəb müasir istilik sistemi ilə təmin edilib.

***

Nəsimi rayonundakı 44 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbə gəldi. Dövlət başçısına məlumat verildi ki, bu məktəbin birinci korpusu 1957-ci ildə inşa olunub. 2006-cı ildə isə yardımçı korpus istifadəyə verilib. Şagird sıxlığı nəzərə alınaraq 2011-ci ildə Dövlət Proqramına uyğun olaraq 16 əlavə sinif otağı və bir yeməkxana inşa olunub. Bundan əlavə, ümumi ərazisi 3000 kvadratmetr olan məktəbin əvvəlki iki korpusunda da əsaslı şəkildə təmir və bərpa işləri aparılıb. 1,2 hektar həyətyanı sahədə abadlaşdırma tədbirləri həyata keçirilib. Fənn kabinetləri, sinif otaqları ən müasir səviyyədə yenidən qurulub, kompüter sinfi yaradılıb. 139 nömrəli məktəbdə də müasir istilik sistemi quraşdırılıb.

Məktəbdə aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Lökbatanda qəsəbədaxili yollarda həyata keçirilən işlərlə də tanış oldu. Yenidənqurma işləri barədə Prezidentə məlumat verildi. Bildirildi ki, 173 min 600 kvadratmetr qəsəbədaxili yol sahəsinə ikiqat asfalt örtüyü döşənib, 24 min kvadratmetr yol sahəsinə isə asfalt döşəmək üçün hazırlıq işləri başa çatıb. Bundan əlavə, Lökbatan qəsəbəsində 252 min kvadratmetr qəsəbədaxili yol sahəsinin asfaltlaşdırılması da nəzərdə tutulur. Qəsəbədaxili küçələrdə yol xətləri təzələnib, işıq dirəkləri yeniləri ilə əvəz edilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Piyadaların gediş-gəlişi üçün səkilər abadlaşdırılıb.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov