Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyəsi

 

Məlumdur ki, təlimin milli zəmində təşkili prosesində  müxtəlif vasitələrdən istifadə etmək olar. Bunlardan biri də xalqımızın mənəvi sərvəti olan şifahi xalq ədəbiyyatından istifadədir. Yetişən nəslin tərbiyəsinin əsas məhvəri sayılan xalq qaynaqlarımız, nağıllarımız, dastanlarımız, bayatılarımız, atalar sözlərimiz, tapmacalarımız, laylalarımız xalqımızın tarixən qoruyub saxladığı ən gözəl, ən qiymətli mənəvi sərvəti olan adət-ənənələrimizin mənbəyidir. Bəli, adət-ənənələr, milli özünəməxsus spesifik xüsusiyyətlər öz dolğun ifadəsini məhz şifahi xalq ədəbiyyatında tapmışdır.

Mən öz pedaqoji fəaliyyətimdə şagirdlərimin milli adət-ənənələr ruhunda tərbiyəsi məsələlərini həmişə diqqət mərkəzində saxlayıram. Bu məqsədlə həm təlim prosesində, həm də sinifdənxaric tədbirlərdə bir sıra vasitələrdən istifadə edirəm.

İlk növbədə, "Nənələrin söz boxçası", "Nənələrin nağılları", "Şirinim şəkərimsən", "Nənələrin dünyası" adlı tədbirlər keçirirəm. Bu tədbirlərə ağbirçək nənələr dəvət olunur, debatlar təşkil edilir. Bundan əlavə, "Dədə Qorqud", "Məlikməmməd" kimi cizgi filmlərinə baxış təşkil edirəm. Xalqımızın əziz bayramı olan Novruza hazırlıq günlərində isə bu sahədə daha geniş iş aparmaq imkanı olur. Məlumdur ki, xalqımızın bir sıra qədim adət-ənənələri məhz bu milli bayramla bağlıdır. Bu məqsədlə bayrama xüsusi hazırlıq  aparılır. Bayram ssenarisinə milli geyimdə xalq rəqsləri, mahnıları, uşaqların ifasında "Kosa-kosa", "Tənbəl qardaş" xalq dramları, "Bahar qız"ın ifasında bayatı və tapmacalar salınır. Uşaqlar "Cik-cik xanım", "Tıq-tıq xanım" nağılları üzrə səhnəciklər ifa edirlər. Bütün bunlar isə Azərbaycan xalqının məişəti, geyimi, adət-ənənələri, həyat tərzi, xarakterik xüsusiyyətləri haqqında uşaqların bilik və təsəvvürlərinin genişlənməsinə böyük təsir göstərir.

Göründüyü kimi, təlim prosesində şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə edərək, xalqımızın milli xüsusiyyətləri, adət-ənənələri və s. haqqında uşaqların bilik və təsəvvürlərinin genişləndirilməsi sayəsində milli hisslərin formalaşdırılmasına əlverişli şərait yaratmaq olar. Bu proses hisslərlə  yanaşı, milli təfəkkürün inkişafına da müsbət təsir göstərərək, mənəviyyatca təmiz və zəngin, milli ruhlu, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasına zəmin yaradır.

Şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər vasitələrdən də istifadə edirəm. Vətənə məhəbbət hissinin formalaşması uşaq ətraf aləmi görməyə, dərk etməyə, qiymətləndirməyə başladığı vaxtdan başlayır. Doğma respublikaya virtual səyahətlər bu işi sürətləndirir. Bu məqsədlə  kompüter disklərindən istifadə edərək uşaqları işğal olunmuş torpaqlarla tanış edirəm, onlara erməni quldurlarının vəhşilikləri və bu torpaq uğrunda həlak olmuş igidlərin qəhrəmanlıqlarından söz açıram. Şagirdlərdə dostluq, humanizm, bir-birinə arxa olmaq hissləri də tərbiyə olunmalıdır. Bu hisslər həqiqi hərbi vətənpərvərliyin məzmununu təşkil edir. Bu məqsədlə uşaqları vaxtaşırı Şəhidlər xiyabanına, ulu öndər Heydər Əliyevin abidəsi önünə aparır, tökülən günahsız qanlar haqqında, Heydər babanın dövlətimiz, xalqımız üçün gördüyü misilsiz işlər haqqında onlara məlumat verirəm. Keçirilən hər bir tədbirdən sonra onlara esse yazmaq, rəsm çəkmək və bu kimi digər tapşırıqlar verirəm. Bu zaman əsas məqsədim tədbirin şagirdlərin tərbiyəsinə, mənəviyyatına təsirini öyrənməkdən ibarətdir. Məlumdur ki, uşaqlar gördüklərini, eşitdiklərini öz əl işlərində həvəslə ifadə edirlər. Uşaqlar təlim prosesində rollu oyunlarda da bunları əks etdirirlər.

Yuxarıda qeyd edilən təlim-tərbiyə işləri kiçikyaşlı məktəblilərdə milli hisslərin - öz millətinə, mədəniyyətinə, adət-ənənələrinə dərin hörmət, milli ləyaqət, milli qürur və  iftixar hisslərinin formalaşmasına müsbət təsir edir. Şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə müəllimə uşaqların qəlbinə, mənəviyyatına nüfuz etmək, onlarda milli hissləri oyatmaq, beləliklə də onları milli ruhda tərbiyə etmək imkanı verir. 

Rəna İSMAYILOVA,
Gəncə şəhərindəki 28 nömrəli
məktəbin müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov