Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Ədəbiyyat dərslərində əyanilik

 

Ədəbiyyat təliminin keyfiyyətini yüksəldən amillərdən biri də dərs prosesinin əyaniləşdirilməsidir.

Ətraf aləmin dərk olunmasında siqnallar mühüm rol oynayır. Pavlovun  iki siqnal sistemi barəsində dedikləri əyani təlimin özəyini təşkil edir. O öyrədirdi ki, biz birinci siqnal sistemi sayəsində ətraf aləmi duyur və qavrayırıq. Birinci siqnal sisteminin qıcıqlandırıcıları cism və hadisələrin özləridir. Bu xüsusiyyət bütün canlılara məxsus keyfiyyətlərdir. İkinci siqnal sistemi isə bu cism və hadisələrin sözlər - işarələrlə ifadəsidir. Onların vasitəsi ilə biz haqqında danışılan obyekləri, mənzərəni aydın təsəvvür edə bilir, göz önündə canlandırırıq. Ona görə də sözlərə "siqnallar siqnalı" da deyirlər. Əyani təlimdən söhbət gedəndə biz hər iki məqama diqqət yetirməliyik. Həm cism və ya hadisənin sinfə gətirilməsinə, həm də söz assosiasiyası vasitəsi ilə onların əyani təsəvvür olunmasına, qavranılmasına şərait yaratmalıyıq.

Təlim prosesində əyanilikdən istifadə edəndə qavramada daha çox duyğu üzvləri iştirak edir. Ona görə də əyani təqdim olunan biliklər uzun müddət yaddan çıxmır. Əyanilik biliklərin həm də şüurlu qavranılmasına, təlimin canlı və maraqlı olmasına şərait yaradır.

Ədəbiyyat dərslərində proqram materiallarının xarakterindən asılı olaraq müxtəlif əyani vasitələrdən istifadə etmək olar. Onları aşağıdakı kimi ümumiləşdirə bilərik:

* Müəllimin canlı, obrazlı, emosional sözü əyaniliyin başlıca vasitəsi kimi;

* Əlavə ədəbiyyatların (bədii, elmi, publisist, xatirə və s.) dərsə cəlb olunması;

* Sxem, cədvəl, xatirə, portret, illüstrasiyalar;

* Sənətkarın həyatına, əsərlərinə dair fotomontajlar;

* Lent yazıları (audio və video kasetlər);

* Sənədli  və yaxud bədii filmlər (fraqmentlər);

* Şəxsi əşyaların, məktubların nümayiş olunması və s.

Bunların hər birinin təlim prosesində öz yeri və əhəmiyyəti vardır. Amma müəllimin canlı və obrazlı sözünü heç nə ilə əvəz etmək  mümkün deyildir.

Danışıq prosesinin özündə isə təbii formada emosional keyfiyyətlər, mimika və jestlər işə düşür. Danışıq tərzi, natiqlik məharəti, mövzuya hərtərəfli bələd olmaq, məzmunluluq, dinləyicilərə fəal təsir göstərmək imkanları bu nitqi təsirli və inandırıcı edir.

Müəllim söz vasitəsilə şagirdlərin gözləri qarşısında istənilən mənzərəni bütün incəliyi ilə canlandıra bilər. Təbii ki, bu lövhələrin canlandırılması sözün hüdudsuz imkanlarından xəbər verir.

Biz sözün bu cür ecazkar təsir gücündən istifadə etməklə istədiklərimizə nail olmağa çalışırıq. Təlim prosesinin uğurlu təşkil olunması, ilk növbədə, müəllimin bu sözdən necə istifadə etməsindən asılıdır. Müəllim ana dilinin mükəmməl bilicisi olmalı, uşaqların xəyallarını çox-çox uzaqlara aparmağı bacarmalı, onlarda gözəl ovqat yaratmalıdır. Müəllimin sözü bir sıra vacib tələbləri (elmi, pedaqoji, psixoloji və metodiki) gözləməlidir. O, ifadəli, obrazlı, təsirli olmalı, səsi cəlbedici, canlı, səmimi, aydın, anlaşıqlı, məlahətli bir çalara bürünməlidir.

Dərs zamanı müəllimin sözünü adlarını çəkdiyimiz digər əyani vasitələr, o cümlədən İKT vasitələri müşayiət etməlidir. Müəllim həmin vasitələrdən yerində istifadə etməyi bacarmalıdır. Yerində deyilməyən söz kimi, yerində təqdim olunmayan əyani vəsaitin də təlimə xeyiri olmur. Bunun üçün dərsin gedişi yüz ölçülüb bir biçilməlidir.

Ənənəvi dərslərdə əyani vasitələrə bilik mənbəyi kimi baxılır və onun asan qavranılması imkanları kimi başa düşülürdü.Yuxarıda dediklərimiz məhz əyaniliyi bu yönümdən izah edir. Bu gün  əyaniliyə tələb bir qədər də artmışdır. Dərsə cəlb olunan hər bir əyani vəsait polemika üçün şərait yaratmalıdır. Əgər onun diskussiya predmetinə çevrilmə imkanı yoxdursa, o hərəkətsizdirsə, onda bir materialı birtərəfli qaydada monoloqvari, şabloncasına şagirdlərə çatdıracağıq. Deməli, əyani vasitələr imkan daxilində biliyin müzakirə, interaktiv yolla qavranılmasına imkan yaratmalıdır. 

Şəhla MAHMUDOVA,
AMİ-nin Zaqatala filialının
"Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi"
kabinetinin metodisti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov