Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli, 714 nömrəli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəbləri və müəllimlərin müsabiqələrdə iştirakı ilə bağlı elanın mətni və ona əlavələr  təsdiq edilsin (əlavə olunur).

2. 2011/2012-ci dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın 10-dan başlansın və noyabrın 10-dək başa çatdırılsın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 sentyabr 2011-ci il


 
Əlavə 1
Əlavə 2
Əlavə 3
Əlavə 4
Əlavə 5
 

Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə 

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır.

Müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın 10-dan başlanıb noyabrın 10-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır: 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir - 1) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur - 2)***.

2. Müsabiqədə iştirak üçün müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur - 3).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Son 3 ildə məktəbdə təhsil və əmək qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı (arayış yerli həmkarlar təşkilatının rəsmi sənədləri əsasında yazılır və müvafiq sənədlərin kserosurətləri əlavə olunur).

5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı. 

"Ən yaxşı müəllim"  müsabiqəsi üzrə**** 

1. Müsabiqədə iştirak üçün müəllimin Təşkilat Komitəsinə ərizəsi (forma əlavə olunur - 4).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur - 5).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəb direktoru tərəfindən təsdiq edilir).

4. Müəllim haqqında məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin qısa xasiyyətnaməsi. 

 

*  Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.      

** Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcəkdir.

*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları Təşkilat Komitəsinə birbaşa müraciət edirlər.

**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və müəllim işləyənlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər, habelə direktor, direktor müavinləri və məktəb psixoloqları istisna olunmaqla) iştirak edə bilərlər. 

Təşkilat Komitəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov