Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Azərbaycanın təhsil nazirləri

Elmira Mikayıl qızı Qafarova

 

Elmira Mikayıl qızı Qafarova 1934-cü ildə Bakıda anadan olub.  Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə təhsil alıb.1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyub. 1961-ci ildə Elmira Qafarova dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1961-1970-ci illərdə Azərbaycan KP MK-nın təlimatçısı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nın katibi və birinci katibi vəzifələrində çalışıb. 1970-1980-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdir müavini, Bakı Şəhər Partiya Komitəsinin katibi işləyib. Elmira Qafarova 1980-ci ildə xalq maarifi naziri təyin edilib, 3 il bu vəzifədə çalışıb.

Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi altında həmin illərdə respublika məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlimin məzmununun təkmilləşdirilməsi, pedaqoji kadrlarla təminatın yaxşılaşdırılması istiqamətlərində görülən işlərdə xalq maarifi naziri kimi təşkilatçılıq bacarığını əsirgəməyib. Respublika üzrə müxtəlif elmi-praktik konfransların təşkilində, məktəblərdə pedaqoji mühitin yaxşılaşdırılmasında xüsusi fəallıq göstərib.

Elmira Qafarovanın təşəbbüsü ilə Estetik tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yaradılıb. Bununla bağlı nazirliyin işçiləri Zaqafqaziyanın mərkəzi şəhərlərinə dəfələrlə ezamiyyəyə göndərilib və nəhayət, mərkəzin səmərəli fəaliyyəti təmin olunub.

Həmin dövrdə müəllimlərin təltif olunması mərasimləri xüsusilə yaddaqalan olurdu. 1981-ci ildə Azərbaycanda orden-medallara layiq görülmüş 305 maarif işçisinin Siyasi-Maarif Evində təltif olunması mərasiminə Heydər Əliyev də qatılıb və onlara orden, medalları şəxsən özü təqdim edib. Təhsil sahəsində də milli kadrların irəli çəkilməsinə xüsusi önəm verən Heydər Əliyevin təşəbbüsü ilə "SSRİ xalq müəllimi" fəxri adına namizədlər arasında azərbaycanlılara xüsusi yer verilirdi.

Orta məktəbi bitirənlərin qızıl, gümüş medalla təltif edilməsi adi məsələlərdən biri olsa da, Elmira Qafarova bunu xeyli sərtləşdirib, bu işə nəzarəti gücləndirib. Eləcə də qəbul olunmuş qərara əsasən uşaqlar valideynlərinin müəllim işlədiyi məktəblərdə təhsil ala bilməzdilər.

Müsbət haldır ki, Elmira Qafarovanın dövründə xarici ölkələrlə təhsil sahəsindəki əlaqələr də xeyli canlandı. Xaricdə işləməyə gedən azərbaycanlı gənclərin sayı artdı. Azərbaycana Polşadan, Macarıstandan, Vyetnamdan, Bolqarıstandan, Finlandiyadan və başqa ölkələrdən nümayəndələr səfər edirdi.

Elmira Qafarovanın incəsənət işçiləri ilə sıx əlaqəsi var idi. Ən tanınmış mədəniyyət və incəsənət işçiləri nazirliyə tez-tez gəlirdilər.

O, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə də müsbət yanaşırdı. Həmin illərdə Sabirabad, Balakən, Yevlax, Səbail, Nərimanov, Xaçmaz, Naftalan və başqa rayonlarda xalq maarifi şöbələrinə qadınlar müdir təyin olunmuşdu.

1983-cü ildə Azərbaycanın xarici işlər naziri təyin edilən Elmira Qafarova 4 ilə yaxın bu vəzifədə çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilib.

SSRİ Ali Sovetinin və bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər doğurduğu bir zamanda Elmira Qafarova Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Bu qurumun adı dəyişdiriləndən sonra isə 1991-ci ilə qədər Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb.

Elmira Qafarova 1993-cü ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov