|
|
|
Səfir Herbert Kvelle BSU-nun tələbələrinə mühazirə oxuyub |
|
|
|
Noyabrın 21-də Bakı Slavyan Universitetinin
filologiya fakültəsində Almaniya Federativ
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri cənab Herbert Kvelle ilə
görüş keçirildi. Universitetin filologiya
fakültəsinin dekanı dosent İ.Babayev çıxış
edərək bildirdi ki, bu gündən etibarən
səfirliyin təşəbbüsü ilə alman ixtisası üzrə
təhsil alan tələbələrə alman dili, ədəbiyyatı və
mədəniyyəti mövzusunda silsilə mühazirələr
oxunacaqdır. Mühazirələrin aparıcı alman
universitetlərinin professorları tərəfindən
aparılacağını qeyd edən dekan ilk mühazirəni
oxumağı öz üzərinə götürdüyü üçün cənab səfirə
öz dərin təşəkkürünü bildirdi.
"Alman siyasətinin aktual problemləri" mövzusuna
həsr olunmuş mühazirə ilə tələbələrin görüşünə
gələn səfir alman dilinin öyrənilməsi üçün
yaradılmış şəraitə görə universitet rəhbərliyinə
minnətdarlığını bildirdi. "Bu gün sizin
qarşınızda çıxış etmək üçün mənə etdiyiniz
dəvəti çox dəyərləndirirəm" deyən H.Kvelle
dünyada gedən proseslər, həmçinin müasir
Almaniyanın xarici siyasəti haqqında
tələbələrin fikirlərini öyrənmək marağında
olduğunu vurğuladı. Almaniya Federativ
Respublikasının apardığı daxili və xarici
siyasətin əsas istiqamətləri barədə maraqlı
məlumatlar verən səfir hazırda bütün dünya
ölkələrinin əsas problemi olan terrorizm
məsələlərinə də toxundu.
Tələbələrin suallarını cavablandıran cənab
Kvelle tədbirin sonunda mühazirə iştirakçıları
ilə xatirə şəkli çəkdirdi.
Ş.DAYANDUROĞLU |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|