Azərbaycan Müəllimlər İnstitutunda ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
anım günü qeyd edildi.
Tədbirdən öncə iştirakçılar institutun Heydər
Əliyev Mərkəzini ziyarət etdilər, ulu öndərin
büstü önünə əklil qoydular, dərin ehtiramlarını
bildirdilər.
Tədbir ulu öndərin həyat və fəaliyyətini əks
etdirən filmin nümayişi ilə başladı. Ümummilli
lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun rektoru,
millət vəkili, professor A.Naxçıvanlı qeyd etdi
ki, ümummilli lider, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin
yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Zaman
keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü,
əzəməti, onun Azərbaycan naminə gördüyü
xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi
daha aydın görünür. Bu böyük şəxsiyyət xalqımız
tərəfindən hər an anılır, hər gün yad edilir.
Ulu öndər bu məhəbbəti xalqına, vətəninə,
dövlətinə, böyük türk dünyasına əvəzsiz xidməti
ilə qazanıb, əbədiyyətə, ölməzliyə çevrilib.
Aqiyə xanım gənclərə müraciət edərək bildirdi ki,
istər sovet dövründə, istərsə də Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə
və xalqın gələcəyi haqqında düşünən Heydər
Əliyev eyni zamanda gənclik, onun bu günü və
sabahı ilə bağlı məsələləri diqqət mərkəzində
saxlayırdı.
Qeyd edildi ki, Azərbaycan gəncləri dövlətimizin
başçısı cənab İlham Əliyevin ətrafında sıx
birləşməklə hər sahədə fəallıq göstərərək ulu
öndərimizin müqəddəs amallarına sadiqlik nümayiş
etdirirlər.
Sonra institutun bir qrup tələbəsi ulu öndəri
necə xatırladıqlarından və bu ölməz insanın
onların qəlbində daim yaşayacağından ürək dolusu
danışdılar, onun gənclərlə görüşlərindən
hazırladıqları fraqmentlərə baxdılar. |