Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

"Sabahın alimləri" Respublika müsabiqəsinin yekunları haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası təhsil nazirinin 12 oktyabr 2011-ci il tarixli, 1649 nömrəli əmrinə əsasən 23-24 fevral 2012-ci il tarixlərində İntel İSEF Beynəlxalq müsabiqəsi çərçivəsində "Sabahın alimləri" Respublika müsabiqəsi keçirilmişdir.

Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı və İntel korporasiyası olmuş, elmi dəstək isə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən verilmişdir.

Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 18 ümumi təhsil müəssisəsinin IX-XI sinif şagirdləri öz tədqiqat layihələri ilə iştirak etmişlər.

Müsabiqənin münsiflər heyəti 8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, mühəndislik, kompüter elmləri) üzrə şagird layihələrinin qiymətləndirilməsini həyata keçirmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif nominasiyalar üzrə I, II və III yerlərə 37 layihə 57 şagird, o cümlədən I yerə 7 layihə 13 şagird, II yerə 13 layihə 17 şagird, III yerə 17 layihə 27 şagird layiq görülmüşdür. 

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. 23-24 fevral 2012-ci il tarixlərində İntel İSEF Beynəlxalq müsabiqəsi çərçivəsində keçirilmiş "Sabahın alimləri" Respublika müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı elan edilsin (əlavə olunur).

2. Nəzərə alınsın ki, 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından aşağıda adları göstərilən şagirdlər seçilmişdir:

- Məmmədov Elxan Elşən oğlu, akademik Z.Əliyeva adına məktəbin X sinif şagirdi;

- Məmmədov Orxan Elşən oğlu, akademik Z.Əliyeva adına məktəbin X sinif şagirdi;

- Bayramov Arif Anar oğlu, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin IX sinif şagirdi;

- Səfərəlizadə Mahirə Mayis qızı, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi;

- Həsənli Elçin Əlihəsən oğlu, Sumqayıt şəhəri "İstedad" liseyinin X sinif şagirdi (müşahidəçi qismində).

3. Nəzərə alınsın ki, şagirdlərin və onları müşayiət edən nümayəndə heyəti üzvlərinin ezamiyyə xərcləri İntel Fondation tərəfindən ayrılan qrant hesabına ödəniləcəkdir.

4. Təhsil Nazirliyi Elm şöbəsinin müdiri, "Sabahın alimləri" Respublika müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:

4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;

4.2. Şagirdləri ABŞ-a müşayiət edəcək nümayəndə heyəti barədə təkliflərini nazirliyin rəhbərliyinə təqdim etsin;

4.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.

5. Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva) İntel İSEF-də iştirak edəcək şagirdlər üçün pasport alınmasına köməklik etsin.

6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, əlavəsi ilə birlikdə nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

7. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 mart 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov