Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq məqsədilə  

ƏMR  EDİRƏM: 

1. Ümumtəhsil  məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  89-cu ildönümünə həsr olunan "Heydər Əliyev və müstəqil Azərbaycan"  mövzusunda  respublika rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun  (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri və nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin  yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.

5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait  hesabına  müəyyən edilmiş qaydada həyata keçirilsin.   

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.

7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldaraq yerlərə göndərsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
3 aprel 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov