Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Təhsil naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

 

Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.

Qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. 2009-cu ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli ölkələrin bir sıra sahələr üzrə əməkdaşlığının genişlənməsi və  möhkəmlənməsində əhəmiyyətli rolundan söz açan təhsil naziri xüsusilə xalqlarımızın daha da  yaxınlaşması üçün təhsillə bağlı əlaqələrinin dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə qurulmuş əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirən nazir Misir Mərdanov hazırda 4000-dən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində, 3000-dən artıq türkiyəli tələbənin isə Azərbaycanın ali təhsil müəssisələrində oxuduğunu bildirdi. Ölkəmizdə Azərbaycan-Türkiyə Özəl Liseyləri, Qafqaz Universiteti, "Araz" hazırlıq kursları,Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və digər təhsil müəssisələrinin fəaliyyətindən razılıq hissi ilə söz açan təhsil naziri onlara hər cür şəraitin yaradıldığını söylədi. Nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha  səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanmasının aktual və vacib bir məsələ olduğunu  və hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini diqqətə çatdırdı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı səmimi qarşılandığına görə təhsil naziri Misir Mərdanova minnətdarlıq etdi. Rəhbərlik etdiyi qurumun fəaliyyəti və gördüyü işlər  barədə ətraflı məlumat verən Xəlil Akıncı hər bir millətin inkişafında təhsilin və elmin önəmli yer tutduğunu söylədi. Qonaq quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində əlaqələrinin inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən söz açaraq qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd etdi.

Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə də toxunan Xəlil Akıncı bununla bağlı fikir və mülahizələrini söylədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyən baş katib bunun türkdilli ölkələrin elm və təhsilinin inkişafına müsbət təsir göstərəcəyinə, müvafiq təkliflərlə bağlı ortaq bir fikrə gəlməyə imkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə daha sonra türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıya xatirə hədiyyələri təqdim olundu. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov