Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən
Hüseynovdan aldığımız məlumatda bildirilir ki, aprelin
23-də Bakıda ölkəmizdə təhsil alan əcnəbi tələbələr
arasında Azərbaycan tarixi və coğrafiyası üzrə birinci
respublika intellektual olimpiadası keçirildi. Bu
maraqlı tədbirin keçirilməsində əsas məqsəd respublikada
fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi
tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında
məlumatlandırılması, onlar arasında maarifləndirmə
işinin genişləndirilməsi və həmçinin asudə vaxtın
səmərəli təşkil edilməsi idi.
Yarışda Azərbaycanın 12 ali təhsil müəssisəsindən 48
tələbə iştirak edirdi.
Olimpiadada Türkiyə, Moldova, İran, Koreya, Gürcüstan və
digər ölkələrdən olan əcnəbi gənclər qələbə uğrunda
mübarizə aparırdı.
Bu intellektual olimpiadada Bakı Slavyan Universiteti I,
Azərbaycan Memarlıq və İnşaat Universiteti II, Qafqaz
Universiteti isə III yerlərə layiq görüldülər.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları və
xatirə hədiyyələri təqdim edildi. Yarışın qalan
iştirakçılarına isə sertifikatlar, xatirə hədiyyələri və
stolüstü Azərbaycan bayraqları verildi.
ƏDALƏT |