Bakıdakı
54 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevə
həsr olunmuş "Müdriksən, ucasan, əbədisən qəlbimizdə"
adlı tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları
məktəbin foyesində ulu öndərə həsr olunmuş şagirdlərin
əl işlərindən ibarət guşə ilə tanış oldular. Qonaqlar
ümummilli liderə həsr olunan "açıq dərs"lərdə iştirak
etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi.
Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Ümummilli
lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahibə
Abbasova açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqına göstərdiyi misilsiz xidmətlərdən söz açdı.
Meydan istedadlı şagirdlərə verildi. Onlar ulu öndəri
çox sevdiklərini və ömür boyu bu sevginin
tükənməyəcəyini bildirdilər. Şagirdlər ümummilli liderə
həsr olunan mahnılar ifa etdilər və şeirlər söylədilər.
Çıxış edənlər ulu öndərin həyat yolu haqqında geniş
məlumat verdilər.
Sonra təhsil ocağında keçirilən ulu öndər Heydər Əliyevə
həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri
mükafatlandırıldı. Tədbir ulu öndər Heydər Əliyevə həsr
olunmuş filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV |