Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Təhsil naziri Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Mayın 23-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas ilə görüşüb.

Qonağı səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə "Qızıl çinar" mükafatı ilə təltif olunması münasibətilə təbrik edib. İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən bəhs edib.

Azərbaycan və Litva universitetləri arasında tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını vurğulayan nazir, həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə maraqlanıb.

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis  Kudzmanas təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib.  İki  ölkə  arasında  təhsil  əlaqələrinin  son  illər  daha  da  inkişaf  etməsindən  söz  açan  səfir  ölkəsinin  ali məktəbləri  haqqında  məlumat  verib.

Qonaq Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunan Kestutis Kudzmanas Litvada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr, alimlərin təcrübə mübadiləsi barədə fikirlərini bildirən səfir ölkəsində peşə təhsilinin mövcud durumu barədə məlumat verib.

Azərbaycanda təhsil sahəsinin sürətli inkişafının şahidi olduğunu bildirən Kestutis Kudzmanas səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və təhsil nazirini Litvaya dəvət edib. 

Qonağa təşəkkürünü bildirən təhsil naziri iyunun 15-dən 22-dək Litva Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb və səfər zamanı bir sıra məsələlərin geniş müzakirə olunacağını bildirib.

Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov