Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Akkreditasiya Şurasının növbəti iclası

 

İyunun 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş Dövlət Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci və Bakı Humanitar Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.

İclasda Azərbaycan Dövlət Aqrar Universitetində aparılmış akkreditasiyanın nəticələri haqqında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. Şöbə müdiri bu təhsil ocağının ümumi fəaliyyətindən, təhsil proqramları üzrə hazırlığın məzmunundan, kadr təminatından bəhs edib. H.Zərbəliyev qeyd olunan təhsil müəssisəsi üzrə yaradılmış Akkreditasiya Komissiyasının universitetdə tədrisin təşkili vəziyyətini ətraflı təhlil etdiyini bildirib və komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.

 Ağdaş Dövlət Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son 5 ildə məzunların ümumi göstəriciləri, aparılmış test sorğusunun nəticələri barədə məlumatları təqdim edib. O, kollecin fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya Komissiyasının təklif və tövsiyələrini nəzərə çatdırıb.

Daha sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə aparılmış araşdırma barədə çıxış etmək üçün söz Akkreditasiya Komissiyasının sədri, Bakı Sosial İqtisad Kollecinin tədris hissə müdiri İbad Əsədova verilib. İ.Əsədov kollecdə mütəxəssis hazırlığının keyfiyyəti və digər göstəricilər üzrə komissiyanın gəldiyi qənaəti iştirakçıların diqqətinə çatdırıb.

Bakı Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Xatirə Həsənzadə bu təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən, tədris şəraitindən, maddi-texniki bazasından bəhs edib, həmçinin kollecin pedaqoji heyətinin fəaliyyəti haqqında məlumat verib.

Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılmasına xidmət etdiyini vurğulayıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.

 Sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.

Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti "yaxşı", digər üç kollecin fəaliyyəti isə "kafi" qiymətləndirilib və bu təhsil müəssisələrinin müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov