Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

İyunun 28-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust və İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi ilə görüşüb.

 

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verən nazir Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb. Misir Mərdanov ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib.

Nazir ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb. Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran  təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlərdən keçirildiyindən bəhs edib.

Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib.

İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri xanım Farida Allaqhi səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, eləcə də Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb.

YUNESKO-nun İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib.

Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov