Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Pilot müəssisələrində aparılan eksperimentin nəticələri müzakirə olundu

 

İyulun 13-də Təhsil Nazirliyində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri ilə bağlı tədbir keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, şöbə müdirləri, eksperimentin aparıldığı təhsil müəssisələrinin rəhbərləri və başqaları iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq "Tam orta təhsilin  təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri haqqında" təqdimatla çıxış etdi.

Təqdimatda öncə eksperimentin aparılmasının hüquqi əsasları və keçirilməsini zəruri edən əsas səbəblər haqqında məlumat verildi, eləcə də bu işdə  qarşıya qoyulmuş məqsəd diqqətə çatdırıldı. Qeyd olundu ki, bu tədbirin həyata keçirilməsində əsas məqsəd tam orta təhsilin təmayüllər üzrə səmərəli təşkili sahəsində optimal istiqamətlərin müəyyənləşdirilməsi, təhsilin təmayüllər üzrə təşkilinə ictimaiyyətin münasibətinin öyrənilməsi və bunun əsasında müvafiq təkliflərin hazırlanması, nümunəvi tədris planları və proqramların sınaqdan keçirilməsi, təhsilin təmayüllər üzrə təşkilinin repetitor xidmətlərinə təsiri vəziyyətinin öyrənilməsidir.   

Nazir bildirdi ki, eksperimentin aparılması üçün 6 pilot müəssisəsi müəyyənləşdirilmişdir ki, bunlar akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli məktəb, Bakı Avropa Liseyi, "Elitar" gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzidir.

Eksperimentlə bağlı bir sıra təşkilati tədbirlərin həyata keçirildiyini deyən təhsil naziri qeyd etdi ki, eksperimentin tədris Azərbaycan və rus dillərində aparılmaqla 4 təmayül üzrə (riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar fənlər, təbiət fənləri) təşkili məqsədəuyğun sayılmışdır.

Təqdimatda eksperimentlə bağlı rəy sorğularının və müzakirələrin nəticələrinə görə pilot layihə barədə mülahizələr diqqətə çatdırıldı.

Növbəti slaydlarda 2010-2011-ci dərs ilində eksperimentin aparıldığı 6 təhsil müəssisəsinin IX sinfini Azərbaycan və rus bölmələri üzrə bitirən şagirdlərin ümumi sayı, onlardan ayrı-ayrı təmayüllər üzrə pilot siniflərə qəbul olunanların sayı haqqında statistik göstəricilər nümayiş etdirildi.

Təhsil naziri  təqdimatda daha sonra eksperimentin aparıldığı ümumtəhsil məktəblərində ayrı-ayrı təmayüllər üzrə təlim nailiyyətlərinin monitorinqinin nəticələri ilə bağlı ətraflı məlumat verdi.

Tədris planlarının 2011-2012-ci dərs ilində tətbiq və 2012-2013-cü dərs ili  üçün təklif olunan variantı, eləcə də rəy sorğularının nəticələrinə görə digər təkliflər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Tədbirin sonunda məsələ ilə bağlı müzakirələr aparıldı.

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov