Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Avqsut 2012 - №30

 

Bakının Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılışı olub

 

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib 

Avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin icrası ilə əlaqədar dövlətimizin başçısı paytaxtın Suraxanı rayonunda görülən işlərlə tanış olarkən Yeni Suraxanı qəsəbəsinin sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər.

Prezident İlham Əliyev yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər vermişdi. 2011-ci ilin iyulunda dövlətimizin başçısı məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində iştirak etmişdi. Üç mərtəbədən, 27 otaqdan ibarət yeni korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər səviyyəsində başa çatdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacaqdır.

Üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840 şagirdin təhsil aldığı bildirildi. Dövlətimizin başçısı yeni korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işləri əks etdirən fotostendə baxdı. Burada şagirdlərin təhsil almaları üçün bütün şəraitin yaradıldığı vurğulandı. Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına və fənn kabinetlərinə baxdı, buradakı şəraitlə yaxından tanış oldu.

Fizika, kimya və digər fənn kabinetlərinin, təcrübə laboratoriyalarının tədris üçün lazım olan ən müasir avadanlıqla təchiz olunduğu qeyd edildi. Məktəbin ərazisində yeni dərs ilinə qədər idman və akt zallarının, yeməkxananın inşa olunacağı da nəzərdə tutulur. Ərazidə açıq idman meydançasının salınacağı da vurğulandı.

85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov