Bu günlərdə Təhsil Problemləri İnstitutu Kurikulum
Mərkəzində mərkəzin direktoru, dosent Ənvər Abbasovla
"Mədəd-Azərbaycan" təşkilatının təlim keçdiyi iki mərkəz
arasında "Skype" (virtual) bağlantısı yaradılmışdır.
Ənvər Abbasov Qubadakı riyaziyyat və Mingəçevirdəki
tarix fənn müəllimlərinin təlimlərin gedişatı ilə bağlı
fikirlərini dinləyib, onları maraqlandıran sualları
cavablandırıb və lazımi tövsiyələr verib. O,
müdavimlərin bu təlimlərdən maksimum yararlanaraq
öyrəndiklərini tədris prosesində uğurla tətbiq
edəcəklərinə ümidvar olduğunu bildirib. Virtual olaraq
təlimçilər və müdavimlərlə geniş fikir mübadiləsi aparan
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov keçirilən
təlimlərin əhəmiyyətini xüsusi qeyd edərək sonda onlara
uğurlar arzulayıb.
Samirə KƏRİMOVA |