Yeni təlim texnologiyalarının V siniflərdə tətbiqinə
yönəldilən kurikulum təlimləri Siyəzəndə davam
etdirilir.
Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki,
ümumilikdə 224 pedaqoqun təkmilləşməsi nəzərdə tutulmuş
təlim kurslarında indiyədək 184 müəllim müxtəlif fənlər
üzrə yeni texnologiyalara yiyələnmişdir. Bunlardan 96
nəfəri birinci dərəcəli sertifikatla təlimləri başa
vurmuşdur.
Təlimlərin hazırkı son mərhələsində 40 nəfər müəllim
xarici dillər üzrə yeni təlim üsullarına yiyələnir.
Təlimlər 6 nömrəli məktəbdə aparılır. |