Avqustun 22-dən Cəbrayıl rayonu məktəblərində ümumi orta
təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarına başlanmışdır.
Təhsil Problemləri İnstitutundan bildirmişlər ki,
təlimdə yeni tədris ilində V siniflərdə xarici dil fənni
üzrə dərs deyəcək müəllimlər iştirak edirlər.
Bir qrupda təşkil olunmuş məşğələləri Xəzər
Universitetinin təlimçiləri aparırlar. |