Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

İndi Gözbarax kəndinin də uşaq bağçası vardır

 

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilmiş, transformator quraşdırılmışdır.

Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotostendlər yaradılmışdır. Burada 21 otaq, o cümlədən yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər otaqlar vardır. Bağça iki qrup üzrə fəaliyyət göstərir. Burada iki yaşından altı yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri öyrədiləcəkdir. Bunun üçün bağça lazımi dərs ləvazimatları ilə təchiz olunmuşdur.

Qeyd edildi ki, bağçada uşaqlara rəqs və musiqi dərsləri də keçiriləcəkdir. Bağçada uşaqların əylənmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün qış və yay oyun zalları fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyev yeməkxanada və mətbəxdə yaradılan şəraitlə tanış oldu.

Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılmışdır.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzuladı. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov