Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Qax rayonunda Güllük kənd ümumi orta məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

 

Qax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 300 şagird yerlik Güllük kənd ümumi orta məktəbinin açılışında iştirak etmişdir.

 Dövlətimizin başçısına məlumat verildi ki, Qax rayonunda baş vermiş təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən 10 məktəb binası sökülmüşdür. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə podratçı təşkilatlar tərəfindən Ləkit kəndində 420, Zərnə kəndində 240, Qorağan kəndində 220 şagird yerlik tam orta məktəblərin binalarında tikinti işləri davam etdirilir. Güllük kəndində isə məktəbin əsaslı təmir işləri başa çatdırılmışdır. Sahəsi 163 kvadratmetr olan iki əlavə korpus tikilərək istifadəyə verilmişdir. Korpuslardan birində idman zalı, digərində isə elektron kitabxana, oxu zalı, kompüter otağı fəaliyyət göstərəcəkdir.

 Qeyd edildi ki, ikimərtəbəli məktəbdə 100-dən çox şagird təhsil alacaqdır. Təmir işləri zamanı məktəb tamamilə müasir səviyyədə yenidən qurulmuşdur.

 Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov