Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Bakının Keşlə qəsəbəsində 328 nömrəli məktəbin yeni binasının açılışı olub

 

Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin foyesində xalqımızın ulu öndəri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Bildirildi ki, bu təhsil ocağının inşasına ötən ilin oktyabrında başlanılmışdır. Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. 640 şagird yerlik binada tədris, inzibati heyət və idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Bu il məktəbə 200 yeni şagird gələcəkdir. Onların təlim-tərbiyəsi və təhsili ilə 20 pedaqoq məşğul olacaqdır. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana yaradılmışdır. Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün kompüter sinfi yaradılmışdır. Müxtəlif tədbirlərin keçiriləcəyi akt zalı və 200 nəfərlik yeməkxana da şagirdlərin istifadəsinə tam hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, şagirdlər üçün müzakirə zallarının, yeni innovasiya metodları ilə işləyən kabinetlərin olduğu məktəbdə dərs prosesində interaktiv metodlardan istifadəyə xüsusi diqqət yetiriləcəkdir. Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır.

Vurğulandı ki, müasir qurğularla təmin edilən idman zalında mini-futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Məktəbdə gənclərin çağırışaqədər hazırlığı kabineti də vardır. Təhsil ocağında biologiya, fizika, kimya fənninin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün isə əmək otaqları yaradılmışdır.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə uğurlar arzuladılar. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov