Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 4 iyun 2012-ci il tarixli, 2269 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə  

ƏMR EDİRƏM: 

1. "Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin, şəhər (rayon) təhsil şöbələrinin rəhbərlərinə Tədbirlər planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 25 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.

3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Tədbirlər planı ilə birlikdə nazirliyin  İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 sentyabr 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov