Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

"Yaşıl Azərbaycan naminə" layihəsi çərçivəsində növbəti tədbir Tərtərdə keçirilib

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ötən il iyulun 11-dən başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları Tərtər rayonunda olmuşlar.

AzərTAc xəbər verir ki, Tərtər şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə təşkil olunan ekoloji maarifləndirmə seminarlarında V-VIII sinif şagirdləri iştirak etmişlər. Şagirdlərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, suyun çirkləndirilməməsi, tullantıların düzgün daşınaraq məhv edilməsi və digər vacib məsələlər barədə geniş məlumat verilmiş, dünyada baş verən ekoloji fəlakətlər, onların yaranma səbəbləri monitor vasitəsilə əyani olaraq göstərilmişdir.

Ətraf mühitlə bağlı şagirdlərə suallar verilərək onların biliyi yoxlanılmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimlərdə IDEA Ətraf Mühit Kampaniyasının humanist məqsədlərindən, həyata keçirilən ekoloji layihələrdən ətraflı bəhs olunmuş, seminarlarda iştirak edərək təlimatlandırılan şagirdlərin gələcəkdə öz bilik və məlumatlarını artırmaqla başqalarına da öyrətmələrinin vacibliyi qeyd edilmişdir.

Tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanmışdır.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov