Azərbaycan
Universitetində "Azərbaycan" İntellektual Oyunlar
Klubunun "Nə? Harada? Nə zaman?" üzrə premyer -
liqasının birinci dövrəsinin ilk oyunu keçirilmişdir.
Azərbaycan Universitetinin mətbuat xidmətindən verilən
məlumata görə, birinci turun oyununa Bakı Dövlət
Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb
Universiteti və Azərbaycan Universitetini təmsil edən
komandalar qatıldı.
"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti
Aydın Priyev vurğulamışdır ki, gələn həftədən etibarən
oyunlara digər universitetlərin komandaları qatılacaq.
Məlumat üçün bildirək ki, Klubun əsas məqsədi Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə ölkənin
ali təhsil müəssisələri üçün iki dildə müntəzəm
çempionatın təşkil edilməsidir. Gələn həftələrdən
etibarən bir çox universitetdə sinxron oyunlara start
veriləcəkdir. |