Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin
əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev noyabrın 8-də Bakının Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəb əsaslı şəkildə yenidən qurulmuşdur.

Prezident İlham Əliyev əvvəlcə məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, iki mərtəbədən ibarət olan məktəbin binası 1870-ci ildə inşa olunub. Bina 1897-ci ildə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınaraq yenidən inşa olunub və qızlar gimnaziyası kimi fəaliyyət göstərib. Hazırda 24 sinif otağından ibarət məktəbdə 700 şagird təhsil alır. Dərslər iki növbədə keçirilir.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu.

Məktəbin müxtəlif fənn kabinetləri və laboratoriyaları tədris üçün lazım olan bütün əyani vasitələr və avadanlıqla təchiz edilib. İnformatika sinfində ən müasir kompüter dəstləri quraşdırılıb. Akt zalı və kitabxana müasir standartlar səviyyəsində təmir edilib. Məktəbdə əlavə 10 sinif otağının inşa olunacağı da nəzərdə tutulur. Tədris ocağının ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov