Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin
əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

 Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu məktəbdə 30 sinif otağı vardır. Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılmışdır.

 Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə yaxından tanış oldu. Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilmişdir. Təhsil ocağında təhlükəsizlik kameraları quraşdırılmışdır. Məktəbin dəhlizinə və pilləkənlərə yüksək keyfiyyətli mərmər döşənmişdir. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə abadlıq və quruculuq işləri görülmüşdür.

AzərTAc

 

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov