Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

III respublika muğam müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədilə  

ƏMR EDİRƏM: 

1. III respublika muğam müsabiqəsi vokal və instrumental musiqi nominasiyaları üzrə 2013-cü ilin 15 fevral tarixində Bakı şəhərində keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi (əlavə 1) və münsiflər heyətinin tərkibləri (əlavə 2) təsdiq olunsun.

3. Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə  (N.Kazımov) tapşırılsın.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq edilmiş xərclər smetasına uyğun olaraq müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 noyabr 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov