Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Horadizdəki 3 nömrəli şəhər tam orta məktəbinin açılış mərasimi olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfərə gəlmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 170 kvadratmetrdir. Məktəbin 1,5 hektar həyətyanı sahəsi vardır. Burada 2 min 600 kvadratmetr sahəyə tamet plitə döşənmiş, yaşıllıq zolağı salınmış, 150 dekorativ ağac əkilmiş, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.

Yaraşıqlı məktəb binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılmışdır. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur. Birinci mərtəbədə lazımi tədris vasitələri və ləvazimatlarla təmin olunmuş 10 sinif otağı, bufet, kitabxana, sürətli İnternetlə təchiz edilmiş kompüter otağı və idman zalı yerləşir. İdman zalında voleybol, basketbol, mini futbol, güləş və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır.

Binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılmışdır. Həmçinin bu mərtəbədə 130 yerlik akt zalı, tədris laboratoriyaları və 12 sinif otağı da vardır. Yeni məktəb müəllimlərə elmlərin sirlərini şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı verəcəkdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov