Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Xarici dilin mənimsənilməsinin səmərəli üsulları

 

Xarici dil təkçə insanın ümumi mədəni səviyyəsini, düşünmək və yaratmaq qabiliyyətini inkişaf etdirmir, həmçinin ona yad mədəniyyətə, yad yaradıcılığa öz münasibətini ifadə etməyə imkan verir.

Artıq bir neçə ildir ki, iptidai siniflərdə dərslər kurikuluma uyğun aparılır ki, bu da dünyanın proqressiv tədris modellərindən biridir. Bu ildən başlayaraq V siniflərdə də fənlər, o cümlədən ingilis dili kurikuluma uyğun tədris olunur.

Müasir tədris fəaliyyətində müəllim müxtəliflik üçün bir çox imkanlara malikdir. Bunun üçün müəllim dərs zamanı müxtəlif oyunlar və əyləncələr təşkil edə bilər ki, bu da şagirdin fənnə marağını daha da artırmağa imkan verər. Həmçinin müəllim dərsdə hadisələrin gedişini təşkil edən, şagirdə lazım olan məlumatı əldə etmək yolunu göstərən məsləhətçi rolunda da iştirak edə bilər. Bundan başqa, belə əyləncəli, həm də öyrədici dərslərin təşkili üçün müəllim kompüter, proyektor, müxtəlif videomateriallar və digər əyani vasitələr kimi yeni texnologiyalardan istifadə edə bilər.

V sinif şagirdləri ilə iş zamanı mən yuxarıda göstərilən yeni metodlardan istifadə etməyə üstünlük verirəm. Bu da dərsimi səmərəli və maraqlı edir. Belə texnologiyalardan istifadə psixoloji baryerin aradan qaldırılmasına kömək edir, yaradıcılığa sövq edən şərait yaranır.

Nümunə üçün sinifdə hazırladığım bir dərs nümunəsini təqdim edirəm.

Dərsin mövzusu: Unite 3. Countries and Cultures.  (Ölkələr və mədəniyyətlər)

Lesson 2. One small world. (Bir kiçik dünya)

Standartlar:  1.1.1, 2.1.1, 3.1.4, 4.1.1

1.1.1  Şagird eşitdiyi mətni başa düşür,

2.1.1  Yeni sözlərdən və ifadələrdən düzgün istifadə edir,

3.1.4  Oxunmuş mətnin suallarına cavab verə bilir.

4.1.1 Yeni sözlərdən istifadə edərək məntiqi və qrammatik düzgün cümlələr tərtib edə bilir.

Dərsin məqsədi: Danışmağı, yazmağı, oxumağı və dinləməyi öyrətmək.

Şagird: Qulaq asmaq, yeni sözlər və ifadələrdən düzgün ifadə etmək bacarığını göstərir; oxunmuş materialın konteksti üzrə suallara cavab vermək bacarığını göstərir; sözlərdən istifadə edərək məntiqi və qrammatik düzgün cümlələr tərtib etməyi bacarır.

Şagird edə bilər: Bu mövzu üzrə danışa bilər "Cities and Places of interest in the world" (Dünyanın şəhərləri və görməli yerləri); Şeir oxuya bilər, "One small world" (Bir kiçik dünya) ölkələrin, şəhərlərin və görməli yerlərin adlarını öyrənə bilər.

Dərsin tipi: Eşitmək, oxumaq, danışmaq yazmaq qabiliyyətlərinin inkişafı

Sinfin idarə olunması: Sinifdə birgə, qruplar və çütlər üzrə iş.

Tapşırığın tipi: Tədqiqat, müzakirə.

Resurslar: Şəkillər, flaşkartlar, dərslik, həmin ölkələrin şəkilləri olan kartlar.

Məşq: "Missinq words" "Buraxılmış sözlər". Şagirdlər buraxılmış sözləri tapırlar. Onlar artıq ölkələrin paytaxtlarını bilirlər.

Where s London?

Yes London, London, London.

Wheres London?

Wheres London, London, London?

Its in.....

Motivasiya: Mənə deyə bilərsinizmi London harada yerləşir (Paris, Nyu-York)?

Tədqiqat sualı: Dünyada hansı böyük şəhərləri və paytaxtları bilirsiniz?

Tədqiqatın aparılması: Şagirdlər qruplar üzrə işləyirlər və xəritə üzərində tapdıqları şəhərlər haqqında fikirlərini paylaşırlar.

İnformasiya mübadiləsi: Şagirdlər qruplarda işləyirlər və dünyanın ölkələri, onların paytaxtları haqqında danışırlar.

Məlumatların müzakirəsi: Müəllim aparıcı sual verərək köməkçi kimi iştirak edir. Siz dünyada neçə şəhər tanıyırsız? Dünyada neçə ölkə tanıyırsız? İngilislər harada yaşayır? Türklər harada yaşayır?

Müəllim dərs zamanı deyilənləri yekunlaşdırır.

Dərsliklə iş: Biz tədrisin müxtəlif mərhələlərində və tədris prosesində kommunikativ üsuldan istifadə edirik. Müxtəlif üsullardan istifadə edərək dərs planı tərtib olunmalıdır. Təqdim olunan dərs "One small world" tədris planına uyğun olaraq üç dərsdə verilə və ya müəllimdən asılı ola bilər. Şagirdlərin səviyyəsi müxtəlif olduğundan mövzu bir dərsdə və yaxud da bir neçə dərsdə tədris edilə bilər. 

Ülviyyə ABBASOVA,
Bakıdakı 47 nömrəli tam  orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov