Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili  məqsədilə

ƏMR EDİRƏM: 

1. 2013-cü  ilin fevral-aprel  aylarında  uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq   müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin və rayon (şəhər) təhsil şöbələrinin müdirləri   müsabiqənin yüksək səviyyədə təşkili  üçün müvafiq  tədbirlər hazırlayıb həyata keçirsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.

5. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri ezam edən təşkilatlar tərəfindən ödənilsin.

6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı digər xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına müəyyən olunmuş qaydada həyata keçirilsin.    

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.

8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

10.  Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.         

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 yanvar 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov