Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Beynəlxalq turnirlərin qalibi

 

Samir Məmmədov  1996-cı ilin iyulunda  Bakıda ziyalı ailəsində anadan olub.  Balaca yaşlarından idmana maraq göstərib.  2006-cı ildə  valideynlərinin köməyi ilə Bakıdakı 10 nömrəli Uşaq-Cənclər İdman Məktəbinin cüdo bölməsinə üzv yazılıb.  SSRİ  idman ustası, təcrübəli müəllim  Vüqar Alıyevdən cüdonun sirlərini öyrənməyə başlayıb. 

Hazırda Bakıdakı 309 nömrəli tam orta məktəbin X sinfində oxuyan gənc idmançı dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək qazandığı uğurlarla Azərbaycanın adını yüksəklərə qaldırıb. Belə ki, Samir Məmmədov Azərbaycan çempionu olduqdan sonra beynəlxalq yarışlara vəsiqə qazanıb. O,  2009-cu ilin martında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən cüdo üzrə yeniyetmələrin dünya festivalında 42 kq çəki dərəcəsində III, həmin ilin mayında Ukraynanın Xerson şəhərində yeniyetmələr arasında start götürən beynəlxalq turnirdə və  avqustda  Türkiyənin Trabzon şəhərində təşkil olunan yeniyetmələrin II Qara dəniz oyunlarında I yerin sahibi olaraq ölkəmizi layiqli təmsil edib. Bundan başqa, gənc idmançı 2010-cu ildə Türkiyənin Ankara şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 46 kq çəki dərəcəsində I, həmin ilin iyulunda Rusiyanın Moskva şəhərində keçirilən yeniyetmələrin III festivalında 46 kq çəki dərəcəsində III, 8-10 sentyabr tarixində Gürcüstanın Qori və 2011-ci ildə Türkiyənin Şanlı Urfa şəhərlərində yeniyetmələr arasında keçirilən yarışlarda 50 kq çəkidə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Gənc idmançımıza bundan sonrakı yarışlarda da uğurlar əldə etməyi, həmişə zirvələrə qalxmağı, qələbələrdən ilhamlanaraq irəliləyib  dünya çempionu, Avropa çempionu, olimpiya çempionu adını qazanmasını arzulayırıq.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov