Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Elməddin Avropa və dünya birincisi olmaq arzusundadır

 

İbrahimov Elməddin Natiq oğlu 1995-ci ildə Şamaxı rayonunun Bağırlı  kəndində anadan olub. 2001-ci ildə Bakıdakı 274 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. 2006-cı ildə isə yeni tikilmiş 320 nömrəli tam orta məktəbin VII sinfinə keçib. Məhəllə uşaqlarının idmanla məşğul olduğunu görəndən sonra onda idmana maraq yaranıb. O, əlbəyaxa döyüş növünə həvəs göstərib. Valideynlərinin dəstəyi ilə əlbəyaxa döyüş növü üzrə I dan qara kəmər ustası Anar Zahidovun yanında təlim məşq toplantılarına gedib.

Elməddinin uğurları burada idmanın sirlərini öyrənməyə səy göstərdikdən sonra başlayıb. O, 2007-ci ildə respublika turnirində II yeri tutaraq digər yarışlara vəsiqə qazanıb. 2008-ci ildə Respublika gününə həsr olunmuş əlbəyaxa döyüş növü üzrə ümumrespublika turnirində I yerə layiq görülüb. 2010-cu ildə isə 55 kq çəki dərəcəsində keçirilən Azərbaycan çempionatında I yeri tutub. 2009-cu ilin sentyabrında Ukraynada 15-ə yaxın ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə I yeri tutaraq qızıl medala layiq görülüb.

Bundan başqa, 2011-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən "Tbilisi-Open" beynəlxalq turnirinin də qalibi olaraq ölkəmizə qızıl medal gətirib. Hazırda Elməddin beynəlxalq yarışlara hazırlaşır. Arzusu 2013-cü ildə Azərbaycanımızın adını Avropa və dünya çempionatlarında uca tutaraq üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır. 

R.RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov