Fevralın 9-da İmişli Rayon Təhsil Şöbəsində
məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı
seminar keçirilmişdir. Azərbaycan Respublikası Təhsil
Nazirliyi və "Mədəd" Azərbaycan təşkilatının İmişli
Rayon Təhsil Şöbəsi ilə birlikdə təşkil etdiyi seminarda
ibtidai təhsil və ümumi təhsil pilləsinin V siniflərində
dərs deyən müəllimlər və həmin siniflərdə oxuyan
şagirdlərin valideynləri iştirak etmişdir.
Seminar iştirakçılarına təhsildə olan yeniliklər,
İKT-nin təhsilə tətbiqi, valideyn-müəllim münasibətləri
ilə bağlı maarifləndirici məlumatlar verilmişdir.
"Mədəd" Azərbaycan təşkilatının təlimçiləri Vuqar
Fərzəliyev və Günel Abışova müəllimlərə məktəbdaxili
qiymətləndirmənin təşkili, onun səmərəli aparılması,
qarşıya çıxan çətinliklərin aradan qaldırılması,
problemlərin birgə həll olunması üçün lazımi tövsiyə və
məsləhətlər verdilər. Müzakirə olunan məsələlər
ətrafında müəllim və valideynlərin çıxışları dinlənildi.
İrəli sürülmüş rəy və təkliflər ümumiləşdirildi.Tədbirin
sonunda iştirakçılara müvafiq təlimatlar və elektron
vəsaitlər verildi.
Sevdimalı HÜSEYNOV,
İmişli RTŞ-ın Metodkabinetinin direktoru
|