Xaçmazda təhsilin maddi-texniki bazasının
gücləndirilməsi sahəsində işlər uğurla davam etdirilir.
AzərTAc xəbər verir ki, cari il ərzində rayonun Arzu və
Qıraqlı kəndlərində müasir təhsil müəssisələri üçün
binalar inşa olunacaqdır. Heç vaxt məktəbi olmayan Arzu
kəndinin sakinləri üçün 220 şagird yerlik müasir məktəb
binası tikiləcəkdir.
Qəzalı vəziyyətdə olan Qıraqlı kənd ümumi orta məktəbi
üçün tikiləcək binada isə 180 şagird təhsil ala
biləcəkdir. Bundan başqa, rayonun Qaraçı, Qaradağ-buduq
və Hacılar kəndlərində də yeni məktəblərin, eləcə də
şəhər ərazisində 60 yerlik yeni uşaq bağçasının inşası
nəzərdə tutulmuşdur. |