Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Şagirdlər müxtəlif dillərdə bacarıqlarını göstərdilər

 

 "Dilimiz   çox zəngin  və ahəngdar dildir, dərin köklərə  malikdir". Ulu öndər Heydər Əliyevin səsləndirdiyi bu fikirlər biz müəllimlərin hər gün rastlaşdığı tarixi gerçəklikdir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında müstəsna rol oynayır.  Fevralın  21-də Sabunçu  rayonu, Maştağa qəsəbəsindəki C.Nurməmmədov adına  108  nömrəli  tam orta məktəbdə   Beynəlxalq Ana  Dili Günü  münasibətilə  geniş  tədbir  keçirildi. Tədbir  ümummilli lider  Heydər Əliyevin öz səsi ilə  söylədiyi  məşhur  sözlərlə  başladı: "Mən  həmişə fəxr  etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!".

Əvvəlcə   tədbirin aparıcıları  bu günun tarixçəsi ilə  bağlı  toplaşanlara məlumat verdilər.

Sonra Ş.İ.Xətai, S.Şirazi, N.Nərimanov və başqa dahilərin dil  haqqında söylədikləri fikirlər  məktəblilərin ifasında səsləndirildi.

V "b" sinif şagirdlərinin təqdim etdikləri  kiçik  səhnəcikdə dilin insan bədəninin əsas orqanı olması vurğulandı. Ürək, beyin, göz, qulaq  gördüklərini, eşitdiklərini, duyduqlarını  məhz  dil vasitəsilə anlatdıqlarını  ifadə  etdilər. Məktəblilər  fars, fransız, ingilis, alman və rus  dillərində də şeirləri  məharətlə söylədilər. Tədbirin  maraqlı  anlarından  biri də böyük  istiqlal  şairi  Bəxtiyar  Vahabzadənin  ana dili ilə  bağlı  fikirlərinin  öz səsi  ilə  təqdim olunması  idi. XI  sinif  şagirdi, həm də tədbirin  aparıcısı  Elmir Heydərovun  söylədiyi  xalq  şairi  Məmməd  Arazın "Ayağa dur, Azərbaycan" şeiri   gurultulu  alqışlarla  qarşılandı. Məktəbin  istedadlı  şagirdlərinin  ifasında dahi  dramaturq  C.Məmmədquluzadənin  məşhur "Anamın  kitabı" əsərindən  bir parça səhnələşdirilərək  öz  ana dilinə  ögey  münasibət bəsləyən,  ana dilində danışmağı özünə  ar bilən  bəzi  nankor insanlar  pislənildı.

Şagirdlərin  söylədikləri   "Türkün  dili" (M.Şəhriyar), "Ana dili" (B.Vahabzadə), "Ana dilimə  dəymə" (S.Rüstəm), "Öz  ana dilini bilməyənlərə" (T.Bayram) şeirləri, dil  haqqında ifa etdikləri meyxana və  mahnılar tədbirə xüsusi rövnəq verdi.

Sonda  məktəbin  direktoru  Narınc  Mehdiyeva  qonaqlara, tədbiri  hazırlayan müəllim və   şagirdlərə, tədbirin  təşkilatçısı  R.Hüseynova və dil-ədəbiyyat müəllimi  Natəvan  Nəcəfovaya öz minnətdarlığını  bildirdi.  Sabunçu rayonu Maştağa qəsəbəsindəki 128  nömrəli  məktəbin  direktoru  Aida Aydəmirova kollektivi bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına  108  nömrəli   tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov