Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi"nin 5.5 - 5.7-ci bəndlərinə uyğun olaraq  

QƏRARA ALIRAM: 

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilsinlər: 

Dövlət orqanlarından: 

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini 

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini 

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini 

Gənclər təşkilatlarından: 

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri 

Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri 

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri 

Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov