Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Naxçıvan Dövlət Universitetində voleybol yarışı

 

Naxçıvan Dövlət Universitetində 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanın qədim idman tarixindən, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etdi.

Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan Dövlət Universitetində idmanın inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Muxtar respublika rəhbərliyi tərəfindən bu sahəyə göstərilən qayğının təzahürüdür ki, 2012-ci ildə universitetin futbol komandası muxtar respublika birinciliyində və ümummilli lider Heydər Əliyevin xatirə turnirində II yeri tutmuş, ali  məktəblərin Azərbaycan Respublikası birinciliyində III mükafatçı olmuşdur. Universitetin qızlardan ibarət badminton komandası Azərbaycan Respublikası ali məktəblərinin birinciliyində III mükafatçı olmuşdur. Universitetin atletika, şahmat, voleybol, badminton, cüdo, sərbəst güləş komandaları Naxçıvan Muxtar Respublika birinciliyində müvəffəqiyyətlə çıxış edərək muxtar respublika çempionu olmuşlar. "Tələbə universitetiadası" tələbələr arasından ən müxtəlif idman növləri üzrə perspektivli idmançıların müəyyənləşdirilməsinə, universitetin respublika və beynəlxalq miqyaslı idman yarışlarında uğurla təmsil olunmasına şərait yaratmışdır.

Sonra voleybol yarışına start verildi. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda universitetin və Ordubad rayonunun voleybol komandaları iştirak edirdi. Gərgin mübarizə ilə yaddaqalan yarış "3:0" hesabı ilə universitetin voleybol komandasının qələbəsi ilə nəticələndi. Sonda yarışın qalibləri mükafatlandırıldı. Yarış iştirakçıları adından çıxış edən tələbələr milli idmanın inkişafında böyük rolu olan ümummilli liderin anadan olmasının 90 illik yubileyinin qeyd olunduğu, "Heydər Əliyev ili" elan olunan 2013-cü ildə belə bir yarışda qələbə qazanmaqlarından qürur duyduqlarını bildirdilər.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov