Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf
etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında
şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri
olmuşdur. Ali təhsil müəssisələrinin tələbələrinin
musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf
etdirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin
tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və
münsiflər heyətinin tərkibləri təsdiq olunsun
(əlavə 1, 2).
3. Müsabiqə qaliblərinin seçilməsi Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti tərəfindən həyata
keçirilsin.
4. Ali təhsil müəssisələrinin rəhbərləri müsabiqənin
əsasnaməyə uyğun olaraq təşkili və keçirilməsini təmin
etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin təşkili və yüksək səviyyədə
keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata
keçirsin.
6. Müsabiqənin keçirilməsi ilə bağlı xərclərin
ödənilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş
vəsait hesabına müəyyən edilmiş qaydada həyata
keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər
smetasında müvafiq vəsaitin ayrılmasını təmin etsin.
8. Respublikanın şəhər və rayonlarında fəaliyyət
göstərən ali təhsil müəssisələrindən seçim turlarında və
qaliblərin yekun konsertində iştirak edəcək tələbələrin
ezamiyyə xərcləri onların təhsil aldıqları ali təhsil
müəssisələri hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il |