Aprelin
1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi
köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə
verilmişdir.
Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik
"Şəfəq" uşaq bağçası ilə tanış oldu. Bildirildi ki,
bağçanın ikimərtəbəli binası zəruri avadanlıqla təchiz
olunmuşdur. Burada balacaların təlim-tərbiyəsi üçün
bütün tələblər nəzərə alınmışdır. Bağçanın musiqi
zalında da hər cür şərait vardır.
Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik
Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəldi.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə
görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də
məhəllənin baş planını əks etdirən stendlər
quraşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti,
müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil
ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidentinin ölkəmizdə təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı bu sahənin dövlət siyasətinin
mühüm prioritetləri sırasına daxil edildiyini
təsdiqləyir.
Bu
proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə
edir, doğma yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına
xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində
həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək
isə əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin kompüter otağında, idman
zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan
rayonunun "Araz" idman klubu idmançılarının nümunəvi
çıxışlarına baxdı.
Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.
Azərbaycan Prezidenti məktəbin ikinci mərtəbəsində
təşkil olunan Zəngilan rayonunun Tarix-Diyarşünaslıq
Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış oldu.
AzərTAc |