Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

NDU-da ingilis dilində III Ümumuniversitet bilik yarışması

 

Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Heydər Əliyev və Naxçıvan" mövzusunda ingilis dilində III Ümumuniversitet bilik yarışması keçirildi. 

Viktorinada universitetin rektoru, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışdı. Rektor həmçinin ingilis dilində qeyri-ixtisas fənləri öyrənən tələbələrin arasında belə yarışmaların keçirilməsini məqsədəuyğun hesab etdi.   Fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı bilik yarışmasının məqsəd və vəzifələri haqqında məlumat verdi.

Fakültə komandaları arasında püşkatmadan sonra İKT tətbiqi ilə bilik yarışmasına start verildi. Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələr də viktorinada iştirak etdilər.

On bir komandanın iştirakı ilə keçirilən yarışmada 55 tələbə iştirak etdi. Tibb fakültəsinin komandası qalib gələrək I yerə çıxdı. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin iki komandası II və III yerləri bölüşdülər. İki mərhələdə keçirilən gərgin bilik yarışmasının qalib komandaları və fəal iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırıldılar. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov