Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Naxçıvan Özəl Universitetində pedaqoji təcrübənin yekun konfransı

 

Naxçıvan Özəl Universitetinin III kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunmuş yekun konfransı keçirilmişdir.

Naxçıvan şəhərində yerləşən 8 nömrəli və Heydər Əliyev adına orta məktəblərdə keçirilən konfransda universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək bildirmişdir ki, tələbələrin gələcəyin savadlı, bilikli müəllimi, eləcə də mütəxəssis kimi formalaşmasında pedaqoji təcrübənin rolu danılmazdır. Məhz buna görədir ki, tələbələr təhsil müddətində aldıqları bilikləri pedaqoji təcrübə zamanı sınaqdan keçirirlər. Pedaqoji təcrübənin qrup rəhbərləri Nazim Mahmudov, Anar Yaqubov, Abdulla Mustafayev bildirmişlər ki, tələbələr təcrübə müddətində yeni metodlardan istifadə etmiş, dərslərin  əksəriyyətini  İKT  ilə keçmişlər. Konfransda pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Həsənli təhsilin strateji sahə olduğunu və bu sahədə çalışan mütəxəssislərin yüksək hazırlığa sahib olmalarının vacibliyini qeyd etmiş, bunun üçün də ixtisasını, pedaqogika və psixologiyanı dərindən bilən yaradıcı, düşünən, yüksək mənəvi dəyərlərə sahib müəllimlər yetişdirilməsinin universitetin əsas missiyası olduğunu diqqətə çatdırmışdır. Sonda bir neçə tələbə təcrübə müddətində qazandıqları nailiyyətlərin onların həyatında mühüm rol oynayacağını bildirmişlər. 

Naxçıvan Özəl Universitetinin  Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov